Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 138:1—8

MÜNDƏRİCAT

  • Allah uca olsa da,..

    • Mənə hay verdin (3)

    • Təhlükədən qurtuluş (7)

Davudun məzmuru. 138  Bütün qəlbimlə Səni mədh edərəm,+ Başqa allahların gözü önündə Şəninə nəğmə deyərəm*.   Müqəddəs məbədinə tərəf təzim edərəm,+ İsminə alqış edərəm,+ Məhəbbətinə, sədaqətinə görə. Çünki sözünü və ismini hər şeydən uca etdin*.   Səni çağırdığım gün mənə hay verdin,+ Mənə güc verdin, cəsur etdin.+   Ey Yehova, bütün dünya padşahları Sənə alqış edəcək,+ Çünki söylədiyin vədlər qulaqlarına çatacaq.   Yehovanın yollarını tərənnüm edəcəklər, Çünki Yehovanın calalı möhtəşəmdir.+   Yehova nə qədər uca olsa da, təvazökar adama nəzər salır,+ Təkəbbürlü adamı isə yaxına buraxmır.+   Təhlükə ilə üzbəüz dursam da, məni yaşadarsan,+ Əlini düşmənlərimin qəzəbinə qarşı qaldırarsan, Sağ əlinlə məni qurtararsan.   Yehova mənimlə bağlı hər şeyi həyata keçirər. Ey Yehova, məhəbbətin əbədidir,+ Nə olar, əllərinin işini tərk etmə.+

Haşiyələr

Digər variant: başqa allahların ziddinə Sənə nəğmə qoşaram.
Digər variant: çünki sözlərini ismindən uca etdin.