Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 137:1—9

MÜNDƏRİCAT

  • Babil çaylarının kənarında

    • Sion barədə nəğmə oxunmur (3, 4)

    • Babil viran ediləcək (8)

137  Babil çaylarının+ kənarında oturub Sionu yada salanda ağlayırdıq.+   Orada* qovaq ağaclarından Çənglərimizi asmışdıq.+   Bizi əsir edənlər nəğmə oxumağımızı istəyirdilər,+ Bizi ələ salanlar şənlənmək üçün: «Bizə Sion barədə nəğmə oxuyun», — deyirdilər.   Axı yad eldə Yehovanın nəğməsini necə oxuyaq?   Ey Yerusəlim, əgər səni unutsam, Sağ əlim bacarığını yadırğasın*.+   Əgər səni xatırlamasam, Əgər Yerusəlim Sevincimin zirvəsi olmasa,+ Qoy dilim qurusun*.   Ey Yehova, ədumilərin dediyi sözləri xatırla, Onlar Yerusəlimin süqut günü demişdilər: «Dağıdın! Təməllərinə qədər onu dağıdın!»+   Ey tezliklə viran ediləcək Babil qızı!+ Xoşbəxtdir o kəs ki, sənə əvəzini verəcək, Bizə etdiyini sənin öz başına gətirəcək.+   Xoşbəxtdir o kəs ki, övladlarını tutub qayaya çırpacaq, Onları parça-parça edəcək!+

Haşiyələr

Yəni Babildə.
Digər variant: qurusun.
Hərfən: damağıma yapışsın.