Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 136:1—26

MÜNDƏRİCAT

  • Yehovanın məhəbbəti əbədidir

    • Göylər və Yer hikmətlə yaradılıb (5, 6)

    • Fironun Qırmızı dənizdə ölümü (15)

    • Allah miskin halda olanları unutmur (23)

    • Bütün canlılara ruzi verir (25)

136  Yehovaya şükür edin! O, kəramətlidir,+ Məhəbbəti* əbədidir.+   Allahlar Allahına şükür edin,+ Məhəbbəti əbədidir.   Ağalar Ağasına şükür edin, Məhəbbəti əbədidir.   Tək Odur xariqəli işlər görən,+ Məhəbbəti əbədidir.+   Odur göyləri hikmətlə* yaradan,+ Məhəbbəti əbədidir.   Odur Yeri sular üzərində quran,+ Məhəbbəti əbədidir.   Odur səmadakı gur işıqları yaradan,+ Məhəbbəti əbədidir.   Odur gündüzü günəşin ixtiyarına verən,+ Məhəbbəti əbədidir.   Odur gecəni ayın, ulduzların ixtiyarına verən,+ Məhəbbəti əbədidir. 10  Odur Misirin ilkinlərini qıran,+ Məhəbbəti əbədidir. 11  Odur İsraili oradan çıxaran,+ Məhəbbəti əbədidir. 12  Onları güclü əli,+ qüvvətli qolu ilə çıxaran, Məhəbbəti əbədidir. 13  Odur Qırmızı dənizi ikiyə ayıran,+ Məhəbbəti əbədidir. 14  İsraili dənizin dibi ilə aparan,+ Məhəbbəti əbədidir. 15  Fironla ordusunu Qırmızı dənizə atan,+ Məhəbbəti əbədidir. 16  Xalqını səhradan keçirib aparan,+ Məhəbbəti əbədidir. 17  Odur şanlı padşahları yerə vuran,+ Məhəbbəti əbədidir. 18  Odur qüdrətli padşahları qıran, Məhəbbəti əbədidir. 19  Amorilərin padşahı Sihunu+ məhv edən, Məhəbbəti əbədidir. 20  Başan padşahı Oqu+ məhv edən, Məhəbbəti əbədidir. 21  Onların məmləkətini miras verən,+ Məhəbbəti əbədidir. 22  Qulu İsrailə miras verən, Məhəbbəti əbədidir. 23  Odur miskin halımızda bizi unutmayan,+ Məhəbbəti əbədidir.+ 24  Bizi dəfələrlə düşməndən qurtaran,+ Məhəbbəti əbədidir. 25  Odur bütün canlılara ruzi verən,+ Məhəbbəti əbədidir. 26  Şükür edin göylərin Allahına, Məhəbbəti əbədidir!

Haşiyələr

Hərfən: məharətlə.