Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 135:1—21

MÜNDƏRİCAT

  • Yahın ucalığına alqış edin

    • Misirə qarşı əlamətlər, möcüzələr (8, 9)

    • Sənin adın əbədidir (13)

    • Cansız bütlər (15—18)

135  Yaha alqış edin! Yehovanın adına alqış edin! Yehovaya alqış edin, ey Onun qulları,+   Ey Yehovanın evində, Allahımızın evinin həyətlərində duranlar.+   Yaha alqış edin, çünki Yehova kəramətlidir,+ Adını nəğmələrdə tərənnüm edin, çünki bu, xoşdur.   Yah Yaqubu Özü üçün seçib, İsrail Onun xüsusi mülküdür.+   Yehova ucadır, bunu bilirəm, Rəbbimiz bütün allahlardan yuxarıdır.+   Göydə və yerdə, dənizlərdə, bütün ümmanlarda Yehova istədiyi hər şeyi edir.+   O, yerin ucqarlarından bulud qaldırır, Yağış üçün şimşək çaxdırır*, Anbarlarından külək çıxarır.+   O, Misirin ilkinlərini vurdu, Həm insanı, həm heyvanı.+   Ey Misir, sənin torpaqlarında fironla nökər-naibinin üzərinə Əlamətlər, möcüzələr göndərdi.+ 10  O, neçə-neçə xalqı qırdı,+ Qüdrətli padşahları məhv etdi,+ 11  Amorilərin padşahı Sihunu,+ Başan padşahı Oqu,+ Bütün Kənan padşahlıqlarını məğlub etdi. 12  Onların torpağını miras verdi, Xalqı İsrailə miras verdi.+ 13  Ey Yehova, Sənin adın əbədidir, Ey Yehova, şan-şöhrətin nəsildən-nəslə keçir.+ 14  Yehova xalqını müdafiə edər,+ Bəndələrinə şəfqət göstərər.+ 15  Xalqların bütləri qızıldır, gümüşdür, İnsan əlinin işidir.+ 16  Ağızları var, danışa bilmir,+ Gözləri var, görə bilmir, 17  Qulaqları var, eşidə bilmir, Ağızlarında nəfəs yoxdur.+ 18  Onları düzəldənlər də, Onlara güvənənlər də onlar kimi olacaq.+ 19  Ey İsrail evi, Yehovaya alqış edin, Ey Harun evi, Yehovaya alqış edin, 20  Ey Lavi evi, Yehovaya alqış edin,+ Ey Yehovadan qorxanlar, Yehovaya alqış edin! 21  Yerusəlimdə məskən salmış Yehovaya Siondan mədhlər ucalsın.+ Yaha alqış edin!+

Haşiyələr

Digər variant: yağış üçün qapılar düzəldir.