Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 132:1—18

MÜNDƏRİCAT

  • Yehova Davudu və Sionu seçdi

    • Məsh etdiyini rədd etmə (10)

    • Siondakı kahinlər qurtuluş libası geyinəcək (16)

Məzmur. Şəhərə qalxarkən*. 132  Ey Yehova, Davudu,Onun bütün əzablarını yada sal,+   Yada sal, ey Yehova, Sənə necə and içmişdi,Yaqubun qüdrətli Allahına əhd etmişdi:+   «Evimə, çadırıma girmərəm,+ Yatağıma, döşəyimə qalxmaram,   Yuxunu gözlərimdən qovaram,Kirpik qırpmaram,   Yehova üçün bir məkan,Yaqubun qüdrətli Allahına əzəmətli məskən tapana qədər».+   Bax! Əfratda+ onun barəsində eşitdik,Onu meşəlikdə tapdıq.+   Gəlin Allahın məskəninə gedək,+Ayaq kətili önündə səcdə edək.+   Qalx, ey Yehova,Qüdrətinin rəmzi olan sandığınla məskəninə gir.+   Kahinlərin salehliyi geyinsin,Sadiq bəndələrin sevinib-şadlansın. 10  Qulun Davudun xatirinəMəsh etdiyini rədd etmə.+ 11  Yehova Davuda and içib,Heç vəchlə sözündən dönməz: «Sənin nəslindən gələniTaxtında əyləşdirəcəyəm.+ 12  Əgər oğulların əhdimə,Verəcəyim öyüdlərə sadiq qalarsa,+Onların oğulları da əbədiyyənSənin taxtında oturacaq».+ 13  Çünki Yehova Sionu seçdi,+İstədi ki, ora məskəni olsun:+ 14  «Bura Mənim əbədi məskənimdir,Burada yaşayacağam,+ istəyim budur. 15  Bu yerə ruzi-bərəkət yağdıracağam,Yoxsullarını çörəklə doyuracağam.+ 16  Kahinlərinə qurtuluşdan libas geyindirəcəyəm,+Bu yerin sadiq bəndələri sevinib-şadlanacaq.+ 17  Burada Davudun gücünü artıracağam*. Məsh etdiyim üçün çıraq hazırlamışam.+ 18  Düşmənlərini rüsvayçılığa bürüyəcəyəm,Onunsa tacı parlayacaq».+

Haşiyələr

Hərfən: buynuzunu yüksəldəcəyəm.