Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 13:1—6

MÜNDƏRİCAT

  • Yehovadan nicat gözləmək

    • «Nə vaxtadək məni unudacaqsan?» (1, 2)

    • Yehova yaxşılığını əsirgəməyib (6)

Dirijora. Davudun məzmuru. 13  Ah Yehova, nə vaxtadək məni unudacaqsan? Əbədilikmi? Nə vaxtadək mənə nəzər salmayacaqsan*?+   Nə vaxtadək canım bu əzaba dözəcək, Günbəgün bu dərdi qəlbimdə daşıyacağam? Nə vaxtadək düşmən mənə üstün gələcək?+   Halıma bax, ey Allahım Yehova, mənə hay ver. Gözümə nur ver ki, ölüm yuxusuna dalmayım   Və düşmənim: «Onu üstələdim!» — deməsin, Rəqiblərim yıxılmağımı görüb sevinməsin.+   Sənin məhəbbətinə güvənirəm,+ Ürəyim verdiyin qurtuluşdan şadlanacaq.+   Yehovanın şəninə nəğmə deyərəm, yaxşılığını məndən əsirgəməyib.+

Haşiyələr

Hərfən: məndən üzünü gizlədəcəksən.