Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 129:1—8

MÜNDƏRİCAT

  • Uğursuz həmlə

    • Siona nifrət edənlərin rüsvayçılığı (5)

Məzmur. Şəhərə qalxarkən*. 129  «Gəncliyimdən bəri mənimlə çəkişdilər,+ — Qoy İsrail desin, —   Gəncliyimdən bəri mənimlə çəkişdilər,+ Lakin üstün gələ bilmədilər.+   Cütçülər kürəyimdə kotan sürdülər,+ Uzun-uzun şırımlar açdılar».   Amma Yehova haqdır,+ O, şər adamların sarıdığı ipləri qırdı.+   Siona nifrət edənlərin hamısı Rüsvay olub xəcalət içində geri dönər.+   Onlar damlarda bitən, Qoparmazdan qabaq quruyan ot kimidirlər.   O ot ki biçinçinin ovucunu, Dərz toplayanın qucağını doldurmaz.   Yoldan keçənlər onlara: «Yehovanın xeyir-duası üzərinizdə olsun. Sizə Yehovanın adı ilə xeyir-dua veririk», — deməzlər.

Haşiyələr