Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 122:1—9

MÜNDƏRİCAT

  • Yerusəlim üçün sülh diləyi

    • Yehovanın evinə getmək sevinci (1)

    • Vahid, bütöv şəhər (3)

Davudun məzmuru. Şəhərə qalxarkən*. 122  Mənə: «Yehovanın evinə gedək», — deyəndə Sevincim aşıb-daşdı.+   İndi isə, ey Yerusəlim, Ayaqlarımız darvazanın kandarında durur.+   Yerusəlim gözəl inşa edilib, Vahid, bütöv bir şəhərdir.+   İsrailə verilmiş qaydaya görə, Yehovanın adına həmd etmək üçün İsrail qəbilələri, Yahın qəbilələri ora qalxır.+   Orada hökm taxtları qurulub,+ Davud evinin taxtları.+   Ey insanlar, Yerusəlimə əmin-amanlıq diləyin.+ Ey şəhər, səni sevənlər dinc yaşayacaq.   Qoy divarlarının arxasında həmişə sülh olsun, Qala bürclərinin içində dinclik olsun.   Qardaşlarımdan, dostlarımdan ötrü deyirəm: «Qoy səndə əmin-amanlıq olsun!»   Yehova Allahımızın evindən ötrü+ Sənə firavanlıq diləyirəm.

Haşiyələr