Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 121:1—8

MÜNDƏRİCAT

  • Yehova xalqını qoruyur

    • Köməyim Yehovadandır (2)

    • Yehova əsla yatmaz (3, 4)

Məzmur. Şəhərə qalxarkən*. 121  Gözümü dağlara dikmişəm,+ Köməyim haradan gələcək?   Mənim köməyim Yeri-göyü yaradan Yehovadan gəlir.+   O, sənin ayağını büdrəməyə qoymaz,+ Səni qoruyan əsla mürgüləməz.   Bax! İsrailin keşiyində duran Əsla mürgüləməz, əsla yatmaz.+   Yehova səni qoruyur, Yehova sağ tərəfində+ sənə kölgədir.+   Gündüzlər günəş,+ Gecələr ay sənə xətər yetirməz.+   Yehova səni hər bəladan hifz edər,+ Canını qoruyar.+   Yehova sənin gedişini, gəlişini İndidən sonsuzadək qoruyacaq.

Haşiyələr