Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 12:1—8

MÜNDƏRİCAT

  • Yehova ayağa qalxır

    • Allahın sözləri safdır (6)

Dirijora. Şeminit* üstündə. Davudun məzmuru. 12  Ey Yehova, məni qurtar, çünki sadiq adam qalmayıb, Vəfalı adam bəşər oğulları arasından yoxa çıxıb.   Hamı bir-birinə yalan satır, Dil töküb yaltaqlanır, riyakarlıqla* danışır.+   Yehova yalan dili qoparsın, Yekəxana danışan ağzı yumsun;+   Deyirlər: «Dilimizlə üstün gələrik, Ağız bizim, dil bizim, Kim bizə ağalıq edə bilər?»+   Yehova deyir: «Budur, ayağa qalxıram, Çünki məzlumlar sıxışdırılır, Yoxsullar ah-nalə edir,+ Onları həqarət edənlərdən qoruyacağam».   Yehovanın sözləri safdır,+ Gil kürədə* əridilmiş, yeddi dəfə saflaşdırılmış gümüşə bənzər.   Ey Yehova, Sən Özün onları qoruyacaqsan,+ Hər birini bu nəsildən əbədilik hifz edəcəksən.   Şər adamlar asudə gəzir, Çünki bəşər oğulları azğınlığı tərənnüm edir.+

Haşiyələr

Yaxud haça ürəklə.
Digər variant: yerdə qoyulan əritmə kürəsində.