Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 119:1—176

MÜNDƏRİCAT

  • Allahın Kəlamının vəsfi

    • Cavan yolunu necə pak saxlasın? (9)

    • Öyüdlərin mənə əzizdir (24)

    • Sözünə ümid bağlamışam (74, 81, 114)

    • Qanununu elə sevirəm ki! (97)

    • Müəllimlərdən də zəkalı (99)

    • Sözün addımlarıma çıraqdır (105)

    • Sözünün bünövrəsi həqiqətdir (160)

    • Qanununu sevənlər sülh içində yaşayır (165)

א [Alef]* 119  Nə xoşbəxtdir yolunda kamil olan, Yehovanın qanunu ilə addımlayan insan!+   Nə xoşbəxtdir Onun öyüdlərinə riayət edən,+ Bütün qəlbi ilə Onu axtaran insan!+   Belələri haqsızlıq etməz, Onun yollarında addımlayar.+   Sən bizə əmr etdin ki, Buyruqlarına diqqətlə əməl edək.+   Qayda-qanununa riayət etmək üçün+ Təki yolumda əzmlə dura biləydim,   O zaman bütün əmrlərini götür-qoy edəndə Xəcalət çəkməzdim.+   Adil hökmlərini öyrəndikcə Səni sidqi-ürəkdən ucaldaram.   Qayda-qanununa riayət edərəm, Nə olar, məni büsbütün tərk etmə. ב [Bet]   Cavan adam yolunu necə pak saxlaya bilər? Sənin sözünə baxıb özünü gözləməklə.+  10  Mən bütün qəlbimlə Səni axtarıram, Qoyma əmrlərindən çıxım.+  11  Sözlərini qəlbimdə hifz edirəm ki,+ Sənə qarşı günah etməyim.+  12  Sənə alqış olsun, ey Yehova, Mənə qayda-qanununu öyrət.  13  Ağzından çıxan bütün hökmləri Dilimlə bəyan edirəm.  14  Dünyanın sərvətindən çox Sənin öyüdlərin mənə sevinc verir.+  15  Buyruqların barədə dərindən düşünərəm,+ Sənin yollarından gözümü ayırmaram.+  16  Tələblərin mənə əzizdir, Sənin sözünü unutmaram.+ ג [Qimel]  17  Bu quluna yaxşılıq et, Qoy yaşayıb Sənin sözünə qulaq assın.+  18  Gözlərimi aç, Qoy qanunundakı gözəllikləri aydın görüm.  19  Bu diyarda bir qəribəm,+ Əmrlərini məndən gizlətmə.  20  Daim hökmlərinin İntizarını çəkirəm.  21  Sən əmrlərini pozanları, Lənətə gəlmiş lovğaları məhkum etdin.+  22  Həqarəti, nifrəti məndən kənar et, Axı öyüdlərinə əməl etmişəm.  23  Hətta başçılar toplaşıb əleyhimə danışanda Bu qulun qayda-qanunun barədə düşünür.  24  Öyüdlərin mənə əzizdir,+ Onlar məsləhətçimdir.+ ד [Dalet]  25  Canım torpağa sərilib,+ Verdiyin sözə görə yaşat məni.+  26  Yollarımı Sənə bildirdim, mənə hay verdin. Qayda-qanununu öyrət mənə.+  27  Buyruqlarının mənasını mənə anlat ki, Möhtəşəm işlərinin dərinliklərinə varım.+  28  Qəm-qüssə əlindən yata bilmirəm, Verdiyin sözə görə mənə qüvvət ver.  29  Qoyma yalan yola qədəm basım,+ Mənə lütf göstər, qanununu öyrət.  30  Mən sədaqət yolunu seçmişəm,+ Hökmlərini haqlı sayıram.  31  Öyüdlərinə sarılmışam,+ Məni peşman eyləmə, ey Yehova.+  32  Əmrlərinin yolunda qaçacağam, Çünki Sən bu istəyi ürəyimə qoymusan*. ה [He]  33  Ey Yehova, qayda-qanununun yolunu mənə öyrət,+ Axıradək bu yolda yeriyərəm.+  34  Mənə dərrakə ver, qanununa riayət edim, Bütün qəlbimlə ona əməl edim.  35  Əmrlərinin yolunda mənə bələdçi ol,+ Çünki onlardan həzz alıram.  36  Ürəyimi gəlir-qazanca yox, Öyüdlərinə tərəf yönəlt.+  37  Qoyma gözüm puç şeylərə baxsın,+ Öz yolunda məni yaşat.  38  Quluna verdiyin sözü yerinə yetir, Qoy Səndən qorxsun*.  39  Qorxduğum biabırçılığı məndən sovuşdur, Axı hökmlərin doğrudur.+  40  Buyruqlarına necə də tamarzıyam, Doğruluğunla məni yaşat. ו [Vav]  41  Ey Yehova, qoy məhəbbətini,+ Vəd etdiyin qurtuluşu dadım.+  42  Onda mənə lağ edənin cavabını verərəm, Axı mən Sənin sözünə güvənirəm.  43  Həqiqət sözünü büsbütün dilimdən alma, Axı ümidimi Sənin hökmünə bağlamışam.  44  Qanununa həmişə bağlı qalacağam, Əbədiyyən.+  45  Arxayın gəzib-dolanacağam,+ Çünki buyruqlarını arayıram.  46  Öyüdlərin barədə padşahların önündə danışaram, Əsla utanmaram.+  47  Əmrlərin mənə əzizdir, Onları sevirəm.+  48  Əmrlərini sevirəm, əllərimi onlara tərəf açaram,+ Qayda-qanunun barədə dərindən düşünərəm.+ ז [Zayn]  49  Quluna verdiyin sözü yada sal, Onunla Sən mənə ümid vermisən.  50  Məni dərd sıxanda bundan təsəlli tapıram,+ Çünki sözün məni yaşadır.  51  Məğrurlar mənə hədsiz həqarət edirlər, Amma mən Sənin qanunundan dönmürəm.+  52  Ey Yehova, əzəldən verdiyin hökmləri xatırlayıram,+ Onlardan təskinlik tapıram.+  53  Qanununu tərk edən pislərə görə Qəzəbim alışıb-yanır.+  54  Harada yaşasam Qayda-qanunun mənim nəğməmdir.  55  Qanununla yaşamaq üçün, Ey Yehova, gecələr adını yada salıram.+  56  Bunu adət etmişəm, Çünki buyruqlarına əməl edirəm. ח [Xet]  57  Ey Yehova, nəsibim Sənsən,+ And içmişəm, sözündən çıxmaram.+  58  Bütün qəlbimlə Sənə yalvarıram,+ Nə olar, söz verdiyin kimi mənə lütf göstər.+  59  Ömür yoluma nəzər saldım ki, Addımlarımı öyüdlərinə sarı döndərim.+  60  Əmrlərinə əməl etməyə tələsirəm, Ləngimərəm.+  61  Pislərin ipləri mənə sarınıb, Lakin mən qanununu unutmamışam.+  62  Gecə yarısı qalxıb Adil hökmlərinə görə Sənə şükür edirəm.+  63  Səndən qorxanlarla, Buyruqlarına əməl edənlərlə dostam.+  64  Ey Yehova, məhəbbətin dünyanı bürüyüb.+ Mənə qayda-qanununu öyrət. ט [Tet]  65  Ey Yehova, Öz sözünə görə Bu qulunla xoş rəftar etdin.  66  Mənə bəsirət və bilik aşıla,+ Axı əmrlərinə bel bağlamışam.  67  Başım müsibət çəkməzdən əvvəl yolumu azırdım, İndi isə sözünə əməl edirəm.+  68  Sən kəramət sahibisən,+ işlərin də kəramətlidir. Mənə qayda-qanununu öyrət.+  69  Məğrurlar mənə qara yaxır, Mən isə bütün qəlbimlə buyruqlarına əməl edirəm.  70  Onların ürəyi hissiyatsızdır,+ Mənsə qanununu əziz tuturam.+  71  Əzaba qatlaşmağım xeyrimə oldu,+ Belə ki, Sənin qayda-qanununu mənimsədim.  72  Ağzından çıxan qanun xeyrimədir,+ Minlərlə qızıl-gümüşdən də qiymətlidir.+ י [Yud]  73  Məni Sənin əllərin yaratdı, mənə onlar şəkil verdi. Mənə dərrakə ver ki, Əmrlərini dərk edim.+  74  Səndən qorxanlar mənə baxıb sevinir, Çünki Sənin sözünə ümid bağlamışam.+  75  Hökmlərin haqdır, ey Yehova, bilirəm,+ Məni cəzalandırmaqla da sədaqət göstərmisən.+  76  Bu quluna vəd etdiyin kimi, Məhəbbətin+ mənə təsəlli olsun.  77  Mənə mərhəmət göstər, qoy yaşayım,+ Çünki qanunun mənə əzizdir.+  78  Qoy məğrurlar utansın, Çünki nahaqdan* mənə pislik edirlər. Mən isə buyruqlarını düşünürəm.+  79  Qoy Səndən qorxanlar, Öyüdlərini bilənlər yanıma qayıtsın.  80  Qoy ürəyim qayda-qanununa kamil riayət etsin ki,+ Heç xəcalət çəkməyim.+ כ [Kaf]  81  Xilasının həsrətindəyəm,+ Axı Sənin sözünə ümid bağlamışam.  82  Gözüm sözünün intizarındadır,+ Deyirəm: «Mənə nə vaxt təsəlli verəcəksən?»+  83  Tüstüdən qurumuş tuluq kimi olmuşam, Amma qayda-qanununu unutmuram.+  84  Bu qulun daha nə qədər gözləsin? Məni təqib edənlərin cəzasını nə vaxt verəcəksən?+  85  Qanununu pozan məğrurlar Mənə quyu qazırlar.  86  Bütün əmrlərin etibarlıdır. Məni nahaq yerə təqib edirlər, imdadıma yetiş.+  87  Az qala məni yer üzündən yox edəcəkdilər, Amma mən buyruqlarını pozmadım.  88  Məhəbbətinlə məni yaşat, Qoy ağzından çıxan öyüdlərə əməl edim. ל [Lamed]  89  Ey Yehova, Sənin sözün göylərdə Əbədi duracaq.+  90  Sədaqətin nəsildən-nəslə qalır.+ Yeri möhkəm qurmusan ki, durduqca-dursun.+  91  Hökmlərinə əsasən onlar bu gün də durur, Hamısı* Sənin qulluğundadır.  92  Əgər qanunun mənə əziz olmasaydı, Əzab-əziyyətdən məhv olub getmişdim.+  93  Buyruqlarını heç vaxt unutmaram, Çünki onlarla məni yaşadırsan.+  94  Mən Sənə məxsusam, mənə nicat ver,+ Axı mən buyruqlarını aramışam.+  95  Şər adamlar öldürmək üçün məni güdürlər, Mən isə Sənin öyüdlərinə diqqət verirəm.  96  Hər cür kamilliyin həddini görmüşəm, Ancaq Sənin əmrin intəhasızdır*. מ [Mem]  97  Qanununu elə sevirəm ki!+ Gecə-gündüz onu düşünürəm.+  98  Əmrlərin məni düşmənlərimdən ağıllı edir,+ Çünki əbədiyyən mənimlədir.  99  Müəllimlərimdən də zəkalı olmuşam,+ Çünki öyüdlərinə fikir verirəm. 100  Ahıl adamlardan da müdrik davranıram, Çünki buyruqlarına əməl edirəm. 101  Hər cür pis yolu rədd edirəm ki,+ Sənin sözünə bağlı qalım. 102  Hökmlərindən çıxmıram, Axı məni öyrədən Sənsən. 103  Sözlərin damağıma necə şirindir, Onlar ağzımda baldan da şirindir.+ 104  Buyruqların sayəsində müdrik davranıram,+ Hər cür əyri yola nifrət edirəm.+ נ [Nun] 105  Sözün addımlarıma çıraq, Yollarıma işıqdır.+ 106  And içmişəm adil hökmlərinə əməl edim, Andımı yerinə yetirəcəyəm. 107  Böyük müsibət gördüm,+ Sözünə görə məni yaşat, ey Yehova.+ 108  Mədhlərdən gətirdiyim könüllü təqdimələri qəbul et, ey Yehova,+ Hökmlərini mənə öyrət.+ 109  Həyatım hər an təhlükədədir, Lakin qanununu unutmuram.+ 110  Şər adamlar mənə tələ qurublar, Lakin mən buyruqlarından çıxmamışam.+ 111  Öyüdlərini özümə miras edirəm, Çünki onlar qəlbimin sevincidir.+ 112  Özüm üçün qərar vermişəm ki, Daima, sonadək qayda-qanununa tabe olum. ס [Samex] 113  Ürəyi haçalanan adamlara nifrət edirəm,+ Lakin qanununu sevirəm.+ 114  Sən mənim pənahımsan, qalxanımsan,+ Axı Sənin sözünə ümid bağlamışam.+ 115  Məndən uzaq durun, siz, ey pislər,+ Qoyun Allahımın əmrlərinə riayət edim. 116  Vəd etdiyin kimi mənə dayaq ol, yaşayım,+ Qoyma ümidim boşa çıxsın.+ 117  Mənə dayaq ol, qurtulum,+ Onda gözümü qayda-qanununa dikərəm.+ 118  Qayda-qanununu pozanları rədd edirsən,+ Çünki onlar hiyləgər, saxtakardırlar. 119  Dünyanın bütün pislərini zibil* kimi yox edirsən,+ Buna görə də öyüdlərini sevirəm. 120  Zəhmindən bədənim tir-tir əsir, Hökmlərindən qorxuram. ע [Ayn] 121  Mən insafla, dürüstlüklə davranıram, Məni zülmkarlarıma təslim etmə. 122  Bu qulun xeyri üçün ona zamin dur, Qoyma məğrurlar mənə zülm etsin. 123  Qurtuluşunun, haqq vədinin intizarından+ Gözümün kökü saralıb.+ 124  Quluna məhəbbətini göstər,+ Mənə qayda-qanununu öyrət.+ 125  Mən Sənin qulunam. Mənə dərrakə ver ki,+ Öyüdlərini qavrayım. 126  Yehovanın hərəkətə keçmək vaxtı yetişib,+ Çünki onlar qanununu pozublar. 127  Əmrlərini qızıldan, Saf qızıldan da çox sevirəm.+ 128  Buna görə Səndən gələn hər buyruq mənim üçün doğrudur;+ Hər cür əyri yola nifrət edirəm.+ פ [Pe] 129  Öyüdlərin gözəldir, Buna görə də onlara əməl edirəm. 130  Sözün açıqlananda nur saçılır,+ Naşı adama dərrakə verir.+ 131  Ağzımı açıb ah çəkirəm, Çünki əmrlərini eşitməyin intizarındayam.+ 132  Adını sevənlər üçün qoyduğun adətə görə, Mənə sarı dön, mənə lütf göstər.+ 133  Sözünlə addımlarımı təhlükəsiz yola yönəlt, Qoy heç bir pislik mənə ağalıq etməsin.+ 134  Zülmkarların əlindən məni qurtar, Sənin buyruqlarına əməl edəcəyəm. 135  Üzünün nurunu qulunun üstünə sal,+ Qayda-qanununu mənə öyrət. 136  Göz yaşlarım sel kimi axır, Çünki insanlar qanununa tabe olmur.+ צ [Tsade] 137  Sən haqsan, ey Yehova,+ Hökmlərin də haqq.+ 138  Öyüdlərin haqqdır, Tam etibarlıdır. 139  Qeyrətim məni yandırıb-yaxır,+ Çünki rəqiblərim Sənin sözlərini unudublar. 140  Sənin sözün büsbütün safdır,+ Qulun onu sevir.+ 141  Məni saymırlar, həqarətlə baxırlar,+ Amma mən buyruqlarını unutmadım. 142  Ədalətin əbədi ədalətdir,+ Qanunun həqiqətdir.+ 143  Başıma dərd-bəla gəlsə də, Əmrlərin mənim üçün əzizdir. 144  Öyüdlərinin doğruluğu əbədidir. Mənə dərrakə ver,+ qoy yaşayım. ק [Kof] 145  Bütün qəlbimlə yalvarıram, ey Yehova, mənə hay ver. Qayda-qanununa əməl edərəm. 146  Səni səsləyirəm, qurtar məni! Sənin öyüdlərinə qulaq asaram. 147  Dan yeri sökülməmiş oyanıb Səndən imdad diləyirəm.+ Axı Sənin sözlərinə ümid bağlamışam. 148  Gecə yarısı oyanıram ki, Verdiyin söz haqqında düşünüm.+ 149  Məhəbbətin naminə səsimi eşit,+ Ey Yehova, ədalətinlə məni yaşat. 150  Pozğunluq düşkünləri mənə yaxınlaşır, Onlar Sənin qanunundan uzaqdırlar. 151  Ey Yehova, Sən mənə yaxınsan,+ Bütün əmrlərin həqiqətdir.+ 152  Öyüdlərini əbədilik bərqərar etmisən, Bunu çoxdan öyrənmişəm.+ ר [Reyş] 153  Əzab-əziyyətimi gör, məni qurtar,+ Axı qanununu unutmadım. 154  Məni müdafiə et, məni qurtar,+ Vəd etdiyin kimi məni yaşat. 155  Şər adamlar qurtuluş görməyəcək, Çünki onlar qayda-qanununu axtarmırlar.+ 156  Mərhəmətin böyükdür, ey Yehova,+ Ədalətinə görə məni yaşat. 157  Mənə zülm edən, mənə düşmən kəsilən çoxdur,+ Amma mən öyüdlərindən ayrılmadım. 158  Xainlərə ikrahla baxıram, Çünki Sənin sözünə əməl etmirlər.+ 159  Gör buyruqlarını nə qədər sevirəm! Ey Yehova, məhəbbətinlə məni yaşat.+ 160  Sözünün bünövrəsi həqiqətdir,+ Bütün adil hökmlərin əbədidir. ש [Sin], yaxud [Şin] 161  Sərdarlar nahaqdan məni təqib edir,+ Mənimsə ürəyim Sənin sözlərindən qorxur.+ 162  Böyük xəzinə tapan adam kimi Sənin sözlərinə sevinirəm.+ 163  Yalana nifrət edirəm, ikrah edirəm,+ Qanununu isə sevirəm.+ 164  Adil hökmlərindən ötrü Gündə yeddi dəfə Sənə alqış edirəm. 165  Qanununu sevənlərin əmin-amanlığı boldur,+ Onları heç nə büdrətməz. 166  Qurtuluşuna ümid edirəm, ey Yehova, Əmrlərini yerinə yetirirəm. 167  Öyüdlərinə qulaq asıram, Onları elə sevirəm ki!+ 168  Buyruqlarına, öyüdlərinə əməl edirəm, Bütün yollarımdan xəbərdarsan.+ ת [Tav] 169  Qoy fəryadım Sənə yetişsin, Yehova,+ Dediyin kimi, mənə ağıl-kamal ver.+ 170  Qoy iltifat diləyim dərgahına qalxsın. Vəd etdiyin kimi, mənə nicat ver. 171  Qoy dodaqlarımdan Sənə mədhlər tökülsün,+ Çünki mənə qayda-qanununu öyrədirsən. 172  Qoy dilim sözlərini nəğmədə oxusun,+ Çünki bütün əmrlərin salehdir. 173  Qoy əlin köməyim olsun,+ Çünki buyruqlarına tabe olmağı seçmişəm.+ 174  Ey Yehova, qurtuluşunun intizarındayam, Qanunun mənə əzizdir.+ 175  Yaşat məni, qoy Səni mədh edim,+ Qoy hökmlərin köməyim olsun. 176  İtmiş qoyun kimi azmışam;+ bu qulunu axtar, Axı Sənin əmrlərini unutmamışam.+

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Digər variant: Sən mənim ürəyimə əminlik verirsən.
Digər variant: Səndən qorxanlara verdiyin sözü.
Digər variant: yalanlarla.
Yəni Allahın yaratdıqları.
Hərfən: çox genişdir.
Hərfən: posa (filiz əridiləndə ayrılan qalıq).