Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 118:1—29

MÜNDƏRİCAT

  • Yehovanın çaldığı zəfərə şükran

    • Yahı çağırdım, mənə hay verdi (5)

    • Yehova tərəfimdədir (6, 7)

    • Küncün əsas daşı (22)

    • Yehovanın adı ilə gələn (26)

118  Yehovaya şükür edin, çünki kəramətlidir,+ Məhəbbəti əbədidir.   Qoy İsrail desin: «Məhəbbəti əbədidir».   Harun evi desin: «Məhəbbəti əbədidir».   Yehovadan qorxanlar desin: «Məhəbbəti əbədidir».   Dara düşəndə Yahı çağırdım, Yah mənə hay verdi, genişliyə çıxardı.+   Yehova mənim tərəfimdədir, qorxmaram,+ İnsan mənə nə edə bilər?+   Yehova mənim tərəfimdədir, mənim köməyimdir*,+ Mənə nifrət edənlərə müzəffər baxışlarla baxaram.+   Yehovaya pənah gətirmək, İnsana güvənməkdən yaxşıdır.+   Yehovaya pənah gətirmək, Əsilzadələrə güvənməkdən yaxşıdır.+ 10  Bütün xalqlar məni dövrəyə almışdı, Onları Yehovanın adı ilə geri atdım.+ 11  Məni dövrələyib mühasirəyə almışdılar, Onları Yehovanın adı ilə geri atdım. 12  Arı kimi ətrafımı bürümüşdülər, Lakin kolluğa düşən alov kimi tezcə söndürüldülər, Onları Yehovanın adı ilə geri atdım.+  13  Məni zərblə itələdilər* ki, yıxılım, Amma Yehova dadıma yetişdi.  14  Yah pənahımdır, qüvvətimdir, O, mənim nicatımdır.+  15  Salehlərin çadırından Qurtuluş, sevinc sədaları yüksəlir. Yehovanın sağ əli qüvvətini göstərir.+  16  Yehovanın sağ əli yuxarı qalxır, Yehovanın sağ əli qüvvətini göstərir.+  17  Ölmərəm, yaşayacağam ki, Yahın işlərini elan edim.+  18  Yah məni ciddi tənbeh etdi,+ Amma ölümə təslim etmədi.+  19  Salehlik darvazalarını üzümə açın,+ Oradan girib Yaha alqış edəcəyəm.  20  Bu, Yehovanın darvazasıdır, Oradan salehlər girər.+  21  Sənə alqış edərəm, çünki mənə hay verdin,+ Mənim xilaskarım oldun.  22  Bənnaların rədd etdiyi daş Küncün əsas daşı oldu.+  23  Bunu edən Yehovadır,+ Biz buna heyran qalmışıq.+  24  Bu, Yehovanın yaratdığı gündür, O gündə sevinib şad olarıq.  25  Aman, Yehova, bizi xilas et! Yehova, bizə qələbə ver!  26  Yehovanın adı ilə gələnə eşq olsun!+ Yehovanın evindən sizə alqış deyirik.  27  Yehova Allahdır, Bizə nur verir.+ Əlinizdə budaqlar bayram yürüşünə qoşulun,+ Ta qurbangahın buynuzlarına qədər gedin.+  28  Allahım Sənsən, Səni tərif edərəm, Ey Allahım, Səni ucaldaram.+  29  Yehovaya şükür edin,+ çünki kəramətlidir, Məhəbbəti əbədidir.+

Haşiyələr

Digər variant: mənə kömək edənlərlə birgə.
Digər variant: itələdin.