Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 116:1—19

MÜNDƏRİCAT

  • Şükran nəğməsi

    • Yehovaya nə verə bilərəm? (12)

    • Nicat piyaləsini götürərəm (13)

    • Nəzirlərimi yerinə yetirərəm (14, 18)

    • Sadiqlərin ölümü bahadır (15)

116  Yehovanı sevirəm, Çünki eşidir* səsimi, eşidir yalvarışımı.+   Qulağını mənə tərəf əyir.+ Nə qədər ki varam, Onu səslərəm.   Ölüm ipləri mənə dolanmışdı, Məzar məni ağuşuna almışdı*,+ Dərd-bəla məni üstələmişdi.+   Amma mən Yehovanın adını çağırdım:+ «Aman, Yehova, qurtar canımı!»   Yehova şəfqətlidir, ədalətlidir,+ Allahımız mərhəmətlidir.+   Yehova naşı adamı hifz edir.+ Rəzil olmuşdum, O, məni qurtardı.   Qoy könlüm yenə rahat olsun, Çünki Yehova mənə yaxşılıq etdi.   Sən canımı ölümdən, Gözümü yaş tökməkdən, ayağımı büdrəməkdən qurtardın.+   Mən Yehovanın önündə, işıqlı dünyada* gəzəcəyəm. 10  İman etdiyim üçün danışdım,+ Hərçənd əzablar içində idim. 11  Təlaşa düşəndə dedim: «Bütün insanlar yalançıdır».+ 12  Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm? 13  Nicat piyaləsini götürərəm, Yehovanın adını çağıraram. 14  Yehovaya dediyim nəzirləri yerinə yetirərəm, Bütün xalqının önündə.+ 15  Sadiq bəndələrinin ölümü Yehova üçün bahadır.+ 16  Amandır, ey Yehova, Mən ki Sənin qulunam, Qulunam, kənizinin oğluyam. Sən məni buxovlardan azad etdin.+ 17  Sənə şükranlardan qurban gətirərəm,+ Yehovanın adını çağıraram. 18  Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,+ Bütün xalqının önündə,+ 19  Yehovanın evinin həyətində,+ Sənin mərkəzində, ey Yerusəlim. Yaha alqış edin!+

Haşiyələr

Digər variant: mən sevirəm, çünki Yehova eşidir.
Hərfən: şeolun bəlası məni tapmışdı. Lüğətdə «Məzar» sözünə bax.
Hərfən: dirilər ölkəsində.