Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 115:1—18

MÜNDƏRİCAT

  • Yalnız Yehova şərəfə layiqdir

    • Cansız bütlər (5)

    • Yer bəşər oğullarına verilib (6)

    • Ölülər Yaha alqış etməzlər (17)

115  Bizi yox, ey Yehova, bizi yox, Öz adını şərəfləndir,+ Məhəbbətinə, vəfadarlığına görə.+   Niyə xalqlar: «Hanı onların Allahı?» — desin.+   Allahımız göylərdədir, İstədiyi hər şeyi edir.   Amma onların bütləri qızıldır, gümüşdür, İnsan əlinin işidir.+   Ağızları var, danışa bilmir,+ Gözləri var, görə bilmir,   Qulaqları var, eşidə bilmir, Burunları var, qoxu bilmir,   Əlləri var, hiss etmir, Ayaqları var, yeriyə bilmir,+ Boğazlarından səs çıxmır.+   Onları düzəldənlər də, Onlara güvənənlər də onlar kimi olacaq.+   Ey İsrail, Yehovaya güvən,+ Odur sənin köməyin, Odur qalxanın.+ 10  Ey Harun evi,+ Yehovaya bel bağla, Odur köməyiniz, Odur qalxanınız. 11  Ey Yehovadan qorxanlar, Yehovaya güvənin,+ Odur köməyiniz, Odur qalxanınız.+ 12  Biz Yehovanın xatirindəyik, O, bizə xeyir-bərəkət verəcək, İsrail evinə xeyir-bərəkət verəcək,+ Harun evinə xeyir-bərəkət verəcək. 13  Yehova Ondan qorxanlara, Kiçiyə də, böyüyə də xeyir-bərəkət verəcək. 14  Yehova sizi, Sizi və oğullarınızı çoxaldacaq.+ 15  Qoy yeri-göyü yaradan Yehovanın+ Xeyir-duası üzərinizdə olsun.+ 16  Göylər Yehovanındır,+ Yeri isə bəşər oğullarına verib.+ 17  Ölülər, sükut diyarına düşənlər+ Yaha alqış etməzlər.+ 18  Biz isə Yaha şükür edərik, İndidən sonsuzadək. Yaha alqış edin!

Haşiyələr