Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 113:1—9

MÜNDƏRİCAT

  • Yehova məzlumu qaldırır

    • Yehovanın adı tərif edilsin (2)

    • Allah əyilib göyə, yerə baxır (6)

113  Yaha alqış edin! Ey Yehovanın qulları, Onu ucaldın, Yehovanın adını mədh edin!   Yehovanın adı tərif edilsin İndidən sonsuzadək.+   Yehovanın adı mədh edilsin Gündoğandan günbatanadək.+   Yehova bütün xalqlar üzərində ucadır,+ Əzəməti göylərdən də yüksəkdir.+   Allahımız Yehovanın misli varmı?+ Onun məskəni ucalardadır,   O əyilib göyə baxır, yerə baxır,+   Məzlumu toz-torpaqdan qaldırır, Yoxsulu küllükdən* çıxarır ki,+   Onu əsilzadələrlə, Xalqının əsilzadələri ilə yanaşı oturtsun.   Sonsuz qadına yurd-yuva verir, Oğul-uşaq sahibi, bəxtəvər ana edir.+ Yaha alqış edin!

Haşiyələr

Digər variant: zibillikdən.