Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 111:1—10

MÜNDƏRİCAT

  • Möhtəşəm işlərinə görə Yehovaya alqış edin

    • Onun adı müqəddəsdir, zəhmlidir (9)

    • Hikmətin başı Yehovadan qorxmaqdır (10)

111  Yaha* alqış edin!+ א [Alef] Düz adamların içində, onların məclisindəב [Bet] Bütün qəlbimlə Yehovanı ucaldaram.+ ג [Qimel]   Yehovanın işləri böyükdür,+ד [Dalet] Onlardan həzz alanlar onları araşdırır.+ ה [He]   Onun əməllərində ehtişam, əzəmət var,ו [Vav] Ədaləti əbədidir.+ ז [Zayn]   Möhtəşəm işlərini yaddaşlara həkk edir.+ ח [Xet] Yehova şəfqətlidir, mərhəmətlidir.+ ט [Tet]   Ondan qorxanların ruzisini yetirər.+ י [Yud] Əhdini daim yadda saxlar.+ כ [Kaf]   Xalqların mirasını Öz ümmətinə verərək+ל [Lamed] İşlərinin qüdrətini onlara nümayiş etdirib. מ [Mem]   Həqiqətdir, ədalətdir əllərinin işi.+נ [Nun] Bütün buyruqları etibarlıdır.+ ס [Samex]   Onlar həmişə, indidən ta əbədiyyətədək sabitdir,ע [Ayn] Həqiqətdən, salehlikdən yaranmışlar.+ פ [Pe]   O, xalqına qurtuluş verdi.+ צ [Tsade] Əhdini əbədilik bərqərar edib. ק [Kof] Onun adı müqəddəsdir, zəhmlidir.+ ר [Reyş] 10  Hikmətin başı Yehovadan qorxmaqdır.+ ש [Sin] Əmrlərinə əməl edən ağıllı adamdır.+ ת [Tav] Qoy O, dünya durduqca mədh olunsun!

Haşiyələr

Yehova adının qısa forması.