Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 110:1—7

MÜNDƏRİCAT

  • Məliksadiq timsallı padşah və kahin

    • Düşmənlərinin arasında hakimiyyət sür (2)

    • Çalışqan gənclər şehə bənzəyirlər (3)

Davudun məzmuru. 110  Yehova ağama dedi: «Düşmənlərini kətil kimi ayağının altına qoyanadək Sağımda otur».+   Yehova sənin qüdrət əsanı Siondan uzadacaq, «Get, düşmənlərinin arasında hakimiyyət sür», — deyəcək.+   Sən ordularını topladığın gün xalqın hazır duracaq, Sübh şəfəqindən doğan şehə bənzər bir yığın gənc Gözqamaşdırıcı müqəddəslik içində yanına gələcək.   Yehova and içib, qərarını dəyişməz. «Sən Məliksadiq timsallı Əbədi kahinsən».+   Yehova sənin sağ tərəfində olacaq,+ Qəzəb günündə padşahları qırıb-tökəcək.+   Xalqlara çıxardığı hökmünü icra edəcək,+ Yeri cəsədlərlə dolduracaq.+ Ucsuz-bucaqsız diyarın* başçısını əzəcək.   Yol üstündəki çeşmədən su içəcək, Buna görə başını dik tutacaq.

Haşiyələr

Yaxud bütün dünyanın.