Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 11:1—7

MÜNDƏRİCAT

  • Yehovaya sığınmaq

    • «Yehova Öz müqəddəs məbədindədir» (4)

    • Allah zorakılığı sevənlərə nifrət edir (5)

Dirijora. Davudun məzmuru. 11  Yehovaya sığınmışam,+ Necə mənə deyirsiniz: «Quş olub dağına uç!   Bax, pislər kamanını dartır,Ürəyidüz adamı vurmaq üçün qaranlıqda durub,Oxu yayın üstünə qoyurlar.   Təməllər* yıxılanda,Salehin əlindən nə gələr ki?»   Yehova Öz müqəddəs məbədindədir,+ Yehovanın taxtı göylərdədir,+ Gözləri hər kəsi görür, O, bəşər oğullarına göz qoyur.+   Bəli, Yehova salehi də, şəri də yoxlayır,+O, zorakılığı sevənlərə nifrət edir.+   O, şər adamların üstünə tələ* yağdıracaq;Onların payı alov, kükürd+ və səmum yeli olacaq.   Çünki Yehova ədalətlidir,+ saleh əməlləri sevir,+ Ürəyidüz adamlar Onun lütfünü* görəcək.+

Haşiyələr

Yaxud ədalət təməlləri.
Digər variant: yanar köz.
Hərfən: üzünü.