Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 109:1—31

MÜNDƏRİCAT

  • Dərdli adamın duası

    • Qoy vəzifəsini başqası tutsun (8)

    • Allah fağırın sağında durur (31)

Dirijora. Davudun məzmuru. 109  Ey mədh etdiyim Allah,+ susma!   Çünki şər, fırıldaq adamlar ağızlarını əleyhimə açıb, Yalançı dilləri məndən danışır.+   Hər tərəfdən mənə acı sözlər yağdırırlar,Nahaqdan mənimlə dava edirlər.+   Sevgimin əvəzində mənə qarşı çıxırlar,+Mən isə hey dua edirəm.   Yaxşılığıma yamanlıqla,+Məhəbbətimə nifrətlə cavab verirlər.+   Qoy onun hakimi şər adam olsun,Sağ yanında əleyhdarı dursun.   Mühakimə olunanda müqəssir çıxsın,Hətta duası da günaha yazılsın.+   Qoy ömrü gödək olsun,+Vəzifəsini* başqası tutsun.+   Balaları yetim qalsın,Arvadı dul qalsın. 10  Övladları dərbədər düşsün, dilənçi olsun,Çörək axtarsın, viranəlikdə yaşasın. 11  Varını, yoxunu sələmçi əlindən alsın,Qazandığını yadellilər talayıb aparsın. 12  Heç kimsədən məhəbbət görməsin,Yetim qalmış balalarına kimsənin yazığı gəlməsin. 13  Qoy onun törəmələri qırılsın,+Adları bir nəsildə itib-batsın. 14  Qoy Yehova onun ata-babasının təqsirini unutmasın,+Anasının günahı silinməsin. 15  Qoy günahları daim Yehovanın önündə qalsın,Qoy Allah onların adını yer üzündən silsin.+ 16  Çünki belə adam xeyirxahlıq etməyi unudub,+Fağır-füqəranı, qəlbi qırıq adamıÖldürmək üçün təqib edib.+ 17  Qarğışı sevirdi, öz başına gəldi,Alqışı xoşlamırdı, alqış görmədi. 18  Qarğış əynində paltar oldu, Su kimi vücuduna,Yağ kimi sümüklərinə hopdu. 19  Qoy qarğışları əynindəki paltar kimi onu bürüsün,+Gəzdirdiyi qurşaq kimi belinə dolansın. 20  Budur Yehovanın verdiyi haqq mənə qarşı çıxana,+Əleyhimə pis sözlər danışana. 21  Sən, ey Külli-İxtiyar Yehova,Adın naminə mənə kömək et,+ Məni qurtar, axı xeyirxahlığın böyükdür.+ 22  Mən biçarəyəm, fağıram,+Köksümdə ürəyim dəlik-deşikdir.+ 23  Qeyb olan kölgətək çəkilib gedirəm,Silkinib atılmışam çəyirtkə kimi. 24  Oruc tutmaqdan dizlərim əsir,Bir dəri bir sümük qalmışam. 25  Mənə lağ edirlər,+ Məni görəndə başlarını bulayırlar.+ 26  Mənə kömək et, ey Allahım Yehova,Məhəbbətinlə məni qurtar. 27  Qoy bilsinlər ki, bu Sənin əlindir,Bunu Sən etdin, ey Yehova, Sən. 28  Qoy onlar qarğış etsinlər, Sən isə mənə xeyir-dua söylə. Qoy onlar üstümə qalxdıqda xəcil olsunlar,Qulun isə sevinsin. 29  Qoy əleyhdarlarım rəzalətə bürünsün,Rüsvayçılığı paltar kimi əyinlərinə geysinlər.+ 30  Dilimdən Yehovaya təriflər axar,İzdiham qarşısında Onu mədh edərəm,+ 31  Çünki O, fağırın sağında durur,Onu məhv etməyə çalışanlardan qoruyur.

Haşiyələr

Nəzarətçi vəzifəsini.