Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 108:1—13

MÜNDƏRİCAT

  • Qələbə üçün dua

    • İnsandan xilas gözləmək əbəsdir (12)

    • Biz Allahdan güc alarıq (13)

Davudun məzmuru. 108  Ürəyim mətindir, ey Allah, Bütün varlığım şəninə nəğmə deyəcək.+   Dillənin, ey telli alətlər, ey çənglər!+ Mən sübh şəfəqini oyadaram.   Səni ellər içində ucaldaram, ey Yehova, Xalqlar arasında şəninə nəğmə deyərəm.   Çünki məhəbbətin böyükdür, göylərə çatır,+ Vəfadarlığın asimana ucalır.   Xudaya, göylər üzərində ucal, Qoy calalın bütün cahanı bürüsün.+   Sağ əlinlə bizə qurtuluş ver, mənə hay ver, Qoy istəkli bəndələrin nicat tapsın.+   Müqəddəs Allah* dedi: «Sevinib-coşacağam, Sihamı istədiyim kəsə pay verəcəyəm,+ Suqqut dərəsini ölçüb böləcəyəm.+   Gilad+ Mənimdir, Mənəssə Mənim, Əfraim başımın dəbilqəsidir*,+ Yəhuda əlimdə öndər əsasıdır.+   Muab yuyunmaq üçün teştimdir,+ Səndəlimi Əduma tullayacağam,+ Filiştin üstünə zəfər harayı çəkəcəyəm».+ 10  Kim məni istehkamlı şəhərə aparar? Kim məni Əduma qədər aparar?+ 11  Səndən başqa kim bunu edər, ey Allah? Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız.+ 12  Bizə kömək ol, sıxıntıdan qurtulaq,+ Əbəsdir insandan xilas gözləmək.+ 13  Biz Allahdan güc alarıq,+ O, düşmənlərimizi tapdalayar.+

Haşiyələr

Digər variant: Allah Öz müqəddəs məkanında.
Hərfən: istehkamıdır.