Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 107:1—43

MÜNDƏRİCAT

  • Heyrətli işlərinə görə Allaha şükür edin

    • Onları doğru yolla aparırdı (7)

    • Susuzları və acları doyururdu (9)

    • Onları zülmətdən azad edirdi (14)

    • Sözü ilə onları sağaldırdı (20)

    • Fəqiri zülmdən qoruyur (41)

107  Yehovaya şükür edin, çünki kəramətlidir,+ Məhəbbəti əbədidir.+   Belə desin Yehovanın xilas etdiyi, Düşmən əlindən azad etdiyi kəslər,+   Diyar-diyar yığdığı,+ Şərqdən, qərbdən, Şimaldan, cənubdan topladığı kəslər.+   Onlar səhrada, biyabanda dolaşırdılar, Bir şəhərə yol tapmırdılar ki, gedib orada yaşasınlar.   Onlar acırdılar, susayırdılar, Taqətsizlikdən huşlarını itirirdilər.   Dar ayaqda Yehovaya fəryad edirdilər,+ O da onları əzab-əziyyətdən qurtarırdı.+   Məskən salmaq üçün bir şəhərə çatanadək+ Onları doğru yolla apardı.+   Qoy insanlar Yehovaya şükür etsin+ məhəbbətinə görə, Bəşər oğlu üçün gördüyü heyrətli işlərinə görə.+   Çünki susuzlara su içirdir, Acları nemətlərlə doyurur.+ 10  Bəziləri zülmətin dibində yaşayırdı, Dəmir buxovlardan əziyyət çəkirdi, məhbus idi, 11  Çünki Allahın sözünə qarşı çıxmışdılar, Haqq-Taalanın məsləhətini rədd etmişdilər.+ 12  Odur ki, sıxıntılarla ürəklərini ram etdi.+ Yıxılırdılar, onlara kömək edən olmurdu. 13  Dar ayaqda Yehovadan imdad diləyirdilər, Yenə də onları bəladan qurtarırdı. 14  Onları zülmətin dibindən azad edirdi, Buxovlarını qoparıb açırdı.+ 15  Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,+ Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə. 16  Mis qapıları sındırdı, Dəmir rəzələri qırdı.+ 17  Axmaqlar asilikləri ilə,+ Günahları ilə başlarına bəla açırdılar.+ 18  Hər yeməkdən iyrənirdilər, Ölümün qapılarına yaxınlaşırdılar. 19  Dar ayaqda Yehovadan imdad diləyirdilər, Yenə də onları bəladan qurtarırdı. 20  Sözünü göndərirdi, onları sağaldırdı,+ Onları düşdükləri quyulardan çıxarırdı. 21  Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə, Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə. 22  Qoy şükranlarını qurban gətirsinlər,+ Onun işlərini sevinc sədaları ilə bəyan etsinlər. 23  Gəmi ilə dənizdə səyahət edənlər, Dəryalarda ticarət edənlər+ 24  Yehovanın işlərini, Əngin sulardakı xariqələrini,+ 25  Sözü ilə tufan qopduğunu,+ Dalğaları qabartdığını gördülər. 26  Onlar göylərə qalxır, Dərinliyə enirlər. Bədbəxtlik yaxınlaşanda canları əldən gedir. 27  Sərxoş adam kimi fırlanır, səndələyirlər, Bacarıqları puça çıxır.+ 28  Dar ayaqda Yehovaya fəryad edirlər,+ Onları bəladan qurtarır. 29  Qasırğanı ram edir, Dənizin dalğaları yatır.+ 30  Sakitlik çökəndə sevinirlər, Onları istədikləri limana aparır. 31  Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə, Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə.+ 32  Qoy camaat içində Onu ucaltsınlar,+ Ağsaqqallar məclisində tərif etsinlər. 33  O, çayları səhraya, Axar suları quraqlığa,+ 34  Bərəkətli torpağı şoranlığa döndərir,+ Oradakı sakinlərin şər əməllərinə görə. 35  Səhralığı gölə çevirir, Quraq yerdə çeşmələr qaynadır.+ 36  Acları orada məskunlaşdırır ki,+ Şəhər salıb yaşasınlar.+ 37  Onlar əkin əkir, üzümlüklər salırlar,+ Bol məhsul toplayırlar.+ 38  Onlara xeyir-bərəkət verir, çoxalırlar, Mal-qaralarının sayı azalmır.+ 39  Amma sıxıntı, əzab, qəm-qüssə görəndə Yenə xalqın sayı azalır, beli bükülür. 40  O, əsilzadələrin üstünə nifrət yağdırır, Onları yolsuz-rizsiz səhrada sərgərdan edir.+ 41  Fəqiri isə zülmdən qoruyur,+ Ailəsini böyüdür, sürü kimi çoxaldır. 42  Dürüst adamlar bunu görüb sevinir,+ Nadürüstlərsə ağzını yumur.+ 43  Ağıllı kimdirsə, qoy bunları nəzərə alsın,+ Yehovanın xeyirxah əməllərinə yaxşı-yaxşı diqqət etsin.+

Haşiyələr