Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 105:1—45

MÜNDƏRİCAT

  • Yehovanın Öz xalqına göstərdiyi sədaqət

    • Allah əhdini unutmur (8—10)

    • Məsh etdiklərimə dəyməyin (15)

    • Köləliyə satılmış Yusif və Allahın hikməti (17—22)

    • Allahın Misirdə göstərdiyi möcüzələr (23—36)

    • İsrailin Misirdən çıxması (37—39)

    • Allah İbrahimə verdiyi vədi unutmayıb (42)

105  Yehovaya şükür edin,+ adını çağırın,Xalqlar arasında işlərini bəyan edin.+   Şəninə nəğmə deyin, Onu nəğmələrdə tərənnüm edin,Heyrətamiz işləri barədə dərindən düşünün*.+   Müqəddəs adı ilə fəxr edin.+ Qoy Yehovanı axtaranların ürəyi şad olsun!+   Yehovanı axtarın,+ Ondan güc diləyin. Daim Onun camalını axtarın.   Möhtəşəm işlərini,Möcüzələrini, ağzından çıxan hökmləri xatırlayın,+   Ey qulu İbrahimin nəsli,+Ey Yaqubun oğulları, seçdiyi bəndələr!+   O, Allahımız Yehovadır,+ Hökmləri bütün dünyada icra olunur.+   O, əhdini əbədiyyət boyu,Vədini min nəslə qədər xatırlar.+   İbrahimlə bağladığı əhdi,+İshaqa içdiyi andı unutmaz.+ 10  Bunu Yaqub üçün fərman,İsrail üçün həmişəlik bir əhd etdi. 11  Dedi: «Kənan torpağınıSənə miras verəcəyəm».+ 12  O vaxt onlar sayca az idilər,+Bəli, çox az idilər, orada qərib kimi yaşayırdılar.+ 13  Eldən-elə dolaşır,Məmləkətdən məmləkətə köçürdülər.+ 14  Heç kimi qoymadı ki, onları incitsin,+Onlardan ötrü padşahları tənbeh etdi.+ 15  «Məsh etdiklərimə dəyməyin,Peyğəmbərlərimə pislik etməyin!» — dedi.+ 16  Ölkəyə qıtlıq göndərdi,+Ərzaq tədarükünü kəsdi. 17  Onların qabağınca bir nəfəri,Köləliyə satılmış Yusifi göndərdi.+ 18  Onun ayaqlarını zəncirlədilər,+Boynuna dəmir halqa taxdılar*, 19  Yehovanın sözü gerçəkləşənə qədər.+Allahın sözü onu saflaşdırdı. 20  Padşah onu azad etmək üçün,Bəli, xalqların hökmdarı onu zindandan çıxarmaq üçün adam göndərdi.+ 21  Onu ev əhli üzərində ağa qoydu,Varidatını onun ixtiyarına verdi ki,+ 22  Naibləri üzərində səlahiyyəti olsun,Ağsaqqallarına hikmət öyrətsin.+ 23  Sonra İsrail Misirə gəldi,+Yaqub Ham ölkəsində qərib kimi yaşadı. 24  Allah xalqını orada bəhrəli etdi,+Onu düşmənlərindən güclü etdi.+ 25  Düşmənlərinin ürəyində xalqına qarşı nifrət oyatdı ki,Qullarına qarşı qəsd qursunlar.+ 26  O, qulu Musanı,+Seçdiyi Harunu göndərdi.+ 27  Onlar misirlilər arasında Allahdan əlamətlər,Ham ölkəsində Onun möcüzələrini göstərdilər.+ 28  Allah qaranlıq göndərdi, ölkəyə zülmət çökdü.+Onlar Onun sözündən çıxmadılar. 29  O, ölkənin sularını qana döndərdi,Balıqlarını tələf etdi.+ 30  Bütün ölkəyə qurbağalar doluşdu,+Padşahların otaqlarına qədər. 31  O əmr etdi mozalanlar gəlsin,Mığmığalar bütün əraziləri bürüsün.+ 32  Yağış yerinə dolu yağdırdı,Torpaqlarına ildırım göndərdi.+ 33  O, üzüm bağlarını, əncir ağaclarını məhv etdi,Ölkənin bütün ağaclarını qırdı. 34  Əmr etdi çəyirtkələr gəlsin,Saysız-hesabsız bala çəyirtkələr axışsın.+ 35  Onlar ölkədəki bütün bitkiləri,Torpağın bar-bəhərini yedilər. 36  O, ölkədəki bütün ilkinləri,Bellərindən gələn ilkinləri* öldürdü.+ 37  Xalqını qızıl-gümüşlə oradan çıxartdı,+Qəbilələri arasında büdrəyən olmadı. 38  Onlar çıxanda Misir sevinirdi,Çünki İsrail xofu onları bürümüşdü.+ 39  Xudavənd buluddan sədd çəkdi,+ Gecəni işıqlandırmaq üçün alov göndərdi.+ 40  Onlar ət istəyəndə bildirçin göndərdi,+Onları səmavi çörəklə doyurdu.+ 41  Qayanı yardı, su fışqırdı,+Səhrada çay kimi axdı.+ 42  Çünki qulu İbrahimə verdiyi müqəddəs vədini unutmamışdı.+ 43  O, xalqını fərəh içində,+Seçilmişlərini sevinc sədaları ilə azad etdi. 44  Onlara xalqların torpaqlarını verdi;+Yadellilər zəhmət çəkdi, bəhrəsi onlara qaldı,+ 45  Belə ki, Onun fərmanlarına əməl etsinlər,+Qanunlarına bağlı qalsınlar. Yaha alqış edin!

Haşiyələr

Digər variant: barədə danışın.
Yaxud canı dəmirin içinə salındı.
Hərfən: kişilik güclərinin nübarını.