Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 104:1—35

MÜNDƏRİCAT

  • Xilqət möcüzələrinə görə Allaha alqış

    • Yer möhkəm təməllər üzərində qurulub (5)

    • Çörək və şərab insan üçün yaradılıb (15)

    • Gördüyün işlər necə də çoxdur! (24)

    • Nəfəslərini kəsirsən, ölürlər (29)

104  Yehovaya alqış et, ey varlığım!+ Ey Yehova, ey Allahım, Sən necə də böyüksən!+ Əzəmətə, calala bürünmüsən,+   Nuru libas kimi geyinmisən,+ Göyləri çadır kimi gərmisən,+   Üst hücrələrini yuxarıdakı suların üzərində qoymusan,+ Buludları Özünə araba etmisən.+ Küləyin qanadları üstündə gəzən Sənsən.+   Mələklərini güclü külək* edirsən, Xidmətçilərini yandırıb-yaxan alov edirsən.+   Yeri möhkəm təməllər üzərində qurmusan,+ Heç vaxt yerindən tərpənməz.+   Əngin suları libas kimi ona geyindirmisən.+ Sular dağları örtmüşdü.   Sular Sənin əmrinlə çəkildi,+ Şimşəyinin səsindən qorxub qaçdı   Təyin etdiyin yerə. Dağlar qalxdı,+ dərələr çökdü.   Sulara sərhəd qoydun ki, onu aşmasınlar,+ Bir də dünyanı örtməsinlər. 10  Dərələrdə su çıxarırsan, Dağların arasından axır. 11  Bütün çöl heyvanları bu sulardan içir, Orada vəhşi eşşəklər yanğısını söndürür, 12  Başında quşlar yuva qurur, Gur yarpaqlar arasından cəh-cəhləri eşidilir. 13  Sən dağları üst hücrələrindən suvarırsan,+ Əməyinin bəhrəsi ilə dünyanı doyurursan.+ 14  Mal-heyvan üçün yaşıl ot bitirirsən. İnsan üçün bitkilər bitirirsən ki,+ İşləyib torpaqdan azuqə yığsın, 15  Ürəyini şənləndirən şərab,+ Üzünə sığal verən zeytun yağı, Canını qüvvətləndirən çörək yetirirsən.+ 16  Yehovanın ağacları, Əkdiyi Livan sidrləri doyunca su içir, 17  Quşlar onlarda yuva qurur. Leyləyin evi+ ardıc ağacıdır, 18  Dağ keçisinin+ oylağıdır uca dağlar. Yalçın qayalar qayadovşanına sığınacaqdır.+ 19  Vaxtları bəlli etmək üçün ayı yaratdı, Günəş də qürub edəcəyi vaxtı bilir.+ 20  Meşədəki bütün heyvanlar gəzişdiyi vaxtda Qaranlığı endirirsən, gecə olur.+ 21  Gənc aslanlar şikar üçün nərə çəkir,+ Yemlərini Allahdan istəyirlər.+ 22  Dan yeri söküləndə Qeyb olurlar, yuvalarına çəkilib yatırlar. 23  İnsan iş başına gedir, Axşamadək çalışır. 24  Ey Yehova, gördüyün işlər necə də çoxdur!+ Hər birini hikmətlə görmüsən.+ Yer üzü xilqətinlə doludur: 25  Bax, dəniz — nə böyük, nə əngin! Orada saysız canlılar, xırda, iri məxluqlar qaynaşır.+ 26  Üzərində gəmilər üzür. Livyatanı*+ da yaratmısan orada oynamaq üçün. 27  Bunların hamısı Səni gözləyir ki, Ruzilərini vaxtlı-vaxtında verəsən.+ 28  Nə verirsən, onu yığırlar,+ Əlini açırsan, naz-nemətlə doyurlar.+ 29  Üzünü gizlədirsən, vurnuxurlar, Nəfəslərini kəsirsən*, ölüb torpağa qayıdırlar.+ 30  Ruhunu göndərirsən, yaranırlar;+ Yerin üzərini təzələyirsən. 31  Yehovanın əzəməti əbədi var olacaq! Yehova işlərindən həzz alacaq.+ 32  O, yerə baxanda yer titrəyir, Dağlara toxunanda oradan tüstü qalxır.+ 33  Ömrüm boyu Yehovanın şəninə nəğmə deyərəm,+ Nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm.+ 34  Qoy düşüncələrim Ona xoş olsun*. Mən Yehovada sevinc taparam. 35  Günahkarların kökü yer üzündən kəsiləcək, Şər adamlar bir daha olmayacaq.+ Ey varlığım, Yehovaya alqış et! Yaha alqış edin!

Haşiyələr

Hərfən: ruh.
Yaxud onların ruhunu götürürsən. Lüğətdə «ruh» sözünə bax.
Digər variant: qoy Onunla bağlı düşüncələrim xoş olsun.