Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 103:1—22

MÜNDƏRİCAT

  • Yehovaya alqış et, ey varlığım

    • Allah günahlarımızı bizdən uzaqlaşdırır (12)

    • Allah ata kimi rəhmlidir (13)

    • Allah torpaq olduğumuzu unutmur (14)

    • Yehovanın taxtı və hökmranlığı (19)

    • Mələklər Allahın sözünə əməl edirlər (20)

Davudun məzmuru. 103  Yehovaya alqış et, ey varlığım,Ey vücudum, Onun müqəddəs adına alqış et!   Yehovaya alqış et, ey varlığım,Onun yaxşılıqlarını unutma.+   Odur günahlarını bağışlayan,+Dərdlərinə şəfa verən,+   Odur sənin həyatını qəbirdən qurtaran,+Başına məhəbbət, mərhəmət tacı qoyan.+   O, səni ömrün boyu yaxşı nemətlərlə doyurur,+Sən də qartal kimi təzələnirsən, cavanlaşırsan.+   Yehova bütün məzlumlaraHaqq və ədalət göstərir.+   O, yolunu Musaya,İşlərini İsrail oğullarına əyan etdi.+   Yehova mərhəmət, şəfqət sahibidir,+Səbirlidir, məhəbbəti* boldur.+   Daim nöqsan axtarmaz,+Əbədiyyən acıqlı qalmaz.+ 10  Bizimlə günahlarımıza görə rəftar etmir,+Təqsirlərimizə görə payımıza düşən cəzanı vermir.+ 11  Çünki göylər yerdən nə qədər ucadırsa,Məhəbbəti də Ondan qorxanlara o qədər böyükdür.+ 12  Şərq qərbdən nə qədər uzaqdırsa,Günahlarımızı bizdən o qədər uzaqlaşdırdı.+ 13  Ata övladlarına necə rəhm edirsə,Yehova Ondan qorxanlara elə rəhm edir.+ 14  Çünki necə yarandığımızı yaxşı bilir,+Torpaq olduğumuzu unutmur.+ 15  Fani insanın ömrü ot ömrü kimi qısadır,+Çəmən gülləri kimi çiçək açar,+ 16  Üstündən yel əsən kimi yox olar,Elə bil, heç vaxt o yerdə bitməyib. 17  Yehovanın məhəbbəti isə əbədiyyənOndan qorxanlarladır.+Ədalətini onların nəvələrinə,+ 18  Əhdinə bağlı qalanlara,+Əmrlərini unutmayıb əməl edənlərə göstərir. 19  Yehova taxtını göylərdə bərqərar edib,+O, hər şeyin üzərində hökmranlıq edir.+ 20  Yehovaya alqış edin, ey Onun mələkləri,+ ey qüdrətlilər,Ey Onun sözünü eşidib əməl edənlər!+ 21  Yehovaya alqış edin, ey Onun bütün orduları,+Ey Onun iradəsinə xidmət edənlər!+ 22  Yehovaya alqış et, ey xilqət,Onun hökmranlıq etdiyi hər yerdə! Yehovaya alqış et, ey varlığım!

Haşiyələr