Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 102:1—28

MÜNDƏRİCAT

  • Biçarə məzlumun duası

    • Tənha quş kimiyəm (7)

    • Ömrüm kölgə kimi qeyb olur (11)

    • Yehova Sionu bərpa edəcək (16)

    • Yehova həmişə var olacaq (26, 27)

Biçarə bir məzlum duada ürəyini Yehovaya boşaldır.+ 102  Ey Yehova, duamı eşit,+ Qoy fəryadım Sənə çatsın.+   Bu dar günümdə üzünü məndən gizlətmə,+ Nə olar, qulağını mənə sarı əy, Səni çağıranda mənə tez hay ver.+   Günlərim tüstütək yox olub gedir, Sümüklərim soba kimi közərib.+   Ürəyim biçilmiş ot kimi quruyub,+ İştaham tamam küsüb.   Ah-zar etməkdən+ Dərim sümüyümə yapışıb.+   Çöllükdəki qutana bənzəyirəm, Viranəlik bayquşu kimiyəm.   Gözümə yuxu getmir*, Damda oturan tənha quş kimiyəm.+   Düşmənlərim bütün günü mənə lağ edir,+ Məni ələ salanlar adımı qarğışa çeviriblər.   Çörək yerinə kül yeyirəm,+ Göz yaşlarım içəcəyimə qarışıb,+ 10  Sənin qəzəbindən, hiddətindən. Çünki məni qaldırdın, sonra kənara atdın. 11  Ömrüm kölgə kimi qeyb olur,+ Ot kimi quruyuram.+ 12  Sən isə, ey Yehova, əbədi var olacaqsan,+ Şan-şöhrətin* nəsilbənəsil qalacaq.+ 13  Sən hökmən qalxıb Siona mərhəmət göstərəcəksən.+ İndi ona lütf göstərmək vaxtıdır,+ Axı vədə yetişib.+ 14  Qulların onun daşlarını əziz tutur,+ Mehrlərini toz-torpağına+ bağlayıblar. 15  Xalqlar Yehovanın adından, Dünya padşahları calalından qorxacaq.+ 16  Yehova Sionu bərpa edəcək,+ Calalında zahir olacaq.+ 17  Yoxsulların duasını dinləyəcək,+ Onların duasını rədd etməyəcək.+ 18  Bunlar gələcək nəsil üçün yazılıb ki,+ Meydana gələcək bir xalq Yaha alqış etsin. 19  Yehova ucalardakı müqəddəs məkanından baxır,+ Göylərdən yeri seyr edir ki, 20  Məhbusların naləsini eşitsin,+ Ölümə məhkumları azad etsin.+ 21  Beləcə, Yehovanın adı Sionda bəyan edilsin,+ Yerusəlimdə şəninə təriflər ucalsın, 22  Yehovaya qulluq etmək üçün Xalqlar, səltənətlər bir yerdə toplaşanda.+ 23  O, yarı yolda gücümü aldı, Ömrümü qısaltdı. 24  Dedim: «Ey Allahım, Ey əbədi var olan,+ Ömrümü yarıda kəsmə. 25  Yerin bünövrəsini qədimdə Sən qoymusan, Göylər də əlinin işidir.+ 26  Onlar yox olub gedər, Sən isə həmişə var olacaqsan, Hamısı paltar kimi köhnələr. Onları libastək dəyişərsən, ömürləri başa çatar. 27  Amma Sən dəyişməz qalırsan, illərin tükənməzdir.+ 28  Bəndələrinin övladları əmin-amanlıqda yaşayacaq, Nəsilləri Sənin önündə möhkəm duracaq».+

Haşiyələr

Digər variant: əldən düşmüşəm.
Yaxud adın.