Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 101:1—8

MÜNDƏRİCAT

  • Kamillik yolunda yeriyən hökmdar

    • Təkəbbürlü adamı görməyə gözüm yoxdur (5)

    • Gözüm sadiq insanları gəzər (6)

Davudun məzmuru. 101  Məhəbbətini, ədalətini nəğmədə tərənnüm edərəm, Ey Yehova, şəninə nəğmələr deyərəm.   Kamalla, kamilliklə oturub-duraram. Nə vaxt dadıma çatacaqsan? Evimin içində də saf ürəklə yaşaram.+   Nalayiq şeyləri gözümün önünə qoymaram. Düz yoldan dönənlərin əməllərinə nifrət edirəm,+ Belə şeyləri yaxına buraxmaram.   Qəlbi əyri adamlar məndən uzaqdır, Pisliklə barışmaram.   Qonşusuna xəlvətdən böhtan atanı+ susduraram. Baxışı təkəbbürlü, Ürəyi qürrəli adamı Görməyə gözüm yoxdur.   Gözüm dünyadakı sadiq insanları gəzər, İstərəm yanımda hey onlar olsun. Kamillik yolunda yeriyən insan qulluğumda durar.   Kələkbaz adam evimdə qalmaz, Yalançı bir kimsə hüzurumda durmaz.   Dünyanın pislərini hər səhər sükuta qərq edərəm ki, Yehovanın şəhərindən bədəməllərin kökünü kəsim.+

Haşiyələr