Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 10:1—18

MÜNDƏRİCAT

  • Yehova məzlumun müdafiəçisidir

    • Şər adam deyir: «Allah yoxdur» (4)

    • Fağır üzünü Allaha tutar (14)

    • Yehova əbədiyyən Padşahdır (16)

ל [Lamed] 10  Niyə uzaqda durmusan, ey Yehova? Niyə dar günümdə gizlənirsən?+   Şər adam qürurlanıb məzlumu təqib edir,+ Amma qurduğu fitnələrin toruna özü düşəcək.+   Şər adam nəfsi ilə öyünər,+ Acgözə alqış edər*;נ [Nun] O, Yehovaya sayğısızlıq edər.   Şər adam qürurundan Allahı axtarmaz, «Allah yoxdur», — deyər.+   Firavan yaşayar,+ Sənin hökmlərini dərk etməz,+ Onunla ədavət aparanların üstünə fınxırar.   Ürəyində deyər: «Əsla sarsılmaram, Nəsillər gəlib-gedər, Mənə heç nə olmaz».+ פ [Pe]   Ağzı lənət, yalan, hədə ilə doludur,+ Dilinin altında bəla var, şər var.+   Kəndlərin qırağında pusqu qurar, Xəlvət yerdən çıxıb günahsızı öldürər.+ ע [Ayn] Gözü bədbəxtləri axtarar.+   Yuvada oturmuş aslan kimi pusar,+ Məzlumu qapmaq üçün güdər, Torunu dartıb onu tutar.+ 10  Qurbanları əzilər, tapdanar, Biçarələr onun pəncəsinə keçər. 11  Ürəyində deyər: «Allah unudub,+ Üzünü yana çevirib, Heç vaxt buna fikir verməz».+ ק [Kof] 12  Ey Yehova, qalx!+ Ey Allahım, ona qarşı qaldır əlini!+ Köməksizi unutma.+ 13  Niyə şər adam Sənə sayğısızlıq etsin? Ürəyində: «Allah haqq-hesab çəkməyəcək», — desin. ר [Reyş] 14  Lakin Sən dərdi, əzabı görürsən, Müdaxilə etmək üçün bunları izləyirsən.+ Fağır üzünü Sənə tutar,+ Yetimin dayağı Sənsən.+ ש [Şin] 15  Pisin, şər adamın əl-qolunu qır ki,+ Axtaranda  Daha tapmayasan pisliyini. 16  Yehova əbədiyyən padşahdır!+ Xalqlar silinib yer üzündən.+ ת [Tav] 17  Sən həlimlərin diləyini eşidərsən, ey Yehova,+ Onları ürəkləndirərsən,+ səslərini diqqətlə dinləyərsən.+ 18  Yetimə, əzilənə haqq qazandırarsan ki,+ Torpaqdan yaranmış fani insan bir daha onları qorxutmasın.+

Haşiyələr

Digər variant: acgöz özünə alqış oxuyar.