Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 1:1—6

MÜNDƏRİCAT

  • İki fərqli yol

    • Allahın qanununu oxuyan xoşbəxtdir (2)

    • Saleh barlı ağac kimidir (3)

    • Şər adam saman kimidir (4)

1  Xoşbəxtdir o kəs ki, pislərin sözü ilə oturub-durmur,Günahkarların yoluna ayaq basmır,+Rişxəndçilərin arasında əyləşmir.+   O, Yehovanın qanunundan həzz alır,+Gecə-gündüz Onun qanununun dərinliyinə varır*.+   O, axar sular kənarında əkilmiş,Barını mövsümündə verən ağactək olar,Yarpaqları solmaz, Hər işində uğur qazanar.+   Şər adamlar isə belə deyil,Onlar küləyin sovurub apardığı saman kimidir.   Buna görə şər adamlar hökm günündə,+Günahkarlar salehlərin məclisində dura bilməzlər.+   Yehova salehlərin yolundan agahdır,+Şər adamların tutduğu yol isə yox olacaqdır.+

Haşiyələr

Yaxud qanununu alçaq səslə oxuyur.