Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 9:1—27

MÜNDƏRİCAT

  • Fərasətli gibyonlular sülh istəyirlər (1—15)

  • Gibyonluların fəndinin üstü açılır (16—21)

  • Gibyonlular odun yaracaq, su çəkəcəklər (22—27)

9  İordanın qərbində+ — dağlıq bölgədə, Şəflada, Böyük dəniz*+ sahilində və Livanın qarşısında yaşayan bütün padşahlar — het, amori, kənani, fərizi, hivi və yəbusi+ padşahları baş verən vaqiəni eşidəndə  Yuşəyə və israillilərə qarşı çıxmaq üçün ittifaq bağladılar.+  Gibyon+ əhalisi də Yuşənin Əriha+ və Ay+ şəhərlərinə nə etdiyindən xəbər tutdu.  Onlar ağıllı tərpəndilər. Azuqələrini köhnə-yırtıq heybələrə yığdılar və yırtıqları yamanmış şərab tuluqları ilə birlikdə ulaqlara yüklədilər.  Ayaqlarına köhnə-kürüş, yamanmış səndəllər, əyinlərinə süzülmüş paltar geyindilər. Götürdükləri çörəklər elə quru idi ki, ovxalanırdı.  Onlar Gilqaldakı düşərgəyə+, Yuşənin yanına gəldilər. Ona və israillilərə dedilər: «Biz uzaq bir diyardan gəlmişik. Bizimlə əhd kəsin».  Amma İsrail kişiləri hivilərə+ söylədilər: «Sizinlə necə əhd kəsək?+ Bəlkə, buralarda yaşayırsınız?»  Onlar Yuşəyə: «Biz sənin qulunuq», — dedilər. Yuşə soruşdu: «Kimsiniz? Haradan gəlmisiniz?»  Onlar cavab verdilər: «Biz qullarını uzaq diyardan+ bura gətirən sənin Allahın Yehovanın adıdır. Onun şan-şöhrəti, Misirdə etdiyi işlərin sorağı qulağımıza çatıb.+ 10  İordanın o tayındakı* amorilərin iki padşahının, Həşbun padşahı Sihunun+ və taxtı Əştərutda olan Başan padşahı Oqun+ başına nə gətirdiyindən xəbərimiz var. 11  Buna görə elimizin ağsaqqalları və soydaşlarımız tapşırdılar ki, yola azuqə götürüb sizin qarşınıza çıxaq və sizə: “Qulunuzuq+, bizimlə əhd kəsin”,+ — deyək. 12  Evdən çıxanda yeməyə götürdüyümüz bu çörəklər isti idi. Amma baxın, indi hamısı qupqurudur, ovxalanır.+ 13  Tuluqları şərabla dolduranda təzə idilər, amma indi partlayıblar.+ Səfərimiz uzun çəkdiyindən paltarımız da, səndəllərimiz də köhnəlib». 14  Onda israillilər azuqədən bir az götürüb yoxladılar. Amma Yehovadan məsləhət almadılar.+ 15  Yuşə onlarla sülh bağladı+ və söz verdi ki, onların canına dəyməyəcək. Xalqın başçıları da and içib söz verdilər.+ 16  Əhd kəsiləndən üç gün sonra israillilər xəbər tutdular ki, sən demə, bu adamlar yaxınlıqda, qonşu məmləkətdə yaşayırlar. 17  İsraillilər yola çıxdılar və üçüncü gün onların yaşadığı şəhərlərə — Gibyona+, Kəfirəyə, Biirota və Kiryat-Yarimə+ gəlib çatdılar. 18  İsraillilər onlara əl dəymədilər, çünki xalqın başçıları İsrailin Allahı Yehovaya and içib+ onlara söz vermişdi. Buna görə bütün camaat başçılardan giley-güzar etməyə başladı. 19  Başçılar xalqa dedilər: «Biz onlara İsrailin Allahı Yehovanın adı ilə and içmişik, onlara əl dəyə bilmərik. 20  Buna görə onları sağ saxlayaq, yoxsa Allahın qəzəbinə tuş gələrik, çünki and içmişik».+ 21  Sonra dedilər: «Gəlin onları sağ saxlayaq, qoy onlar bütün icma üçün odun yarsınlar və su çəksinlər». Başçılar onlara bunu vəd etmişdi. 22  Yuşə gibyonluları çağırıb dedi: «Niyə bizə kələk gəldiniz? Qonşuluqda yaşaya-yaşaya niyə bizə “uzaq diyardan gəlmişik” dediniz?»+ 23  Bu gündən sizlər lənətlisiniz,+ daim kölə olacaqsınız. Allahımın evi üçün odun yaracaqsınız, su çəkəcəksiniz». 24  Onlar Yuşəyə dedilər: «Bu qulların eşitdi ki, Allahın Yehova qulu Musaya bütün bu məmləkəti sizə verməyi, əhalisini isə qırmağı əmr edib.+ Odur ki, canımız üçün qorxduq+ və belə elədik+. 25  İndi sənin ixtiyarındayıq, sənə nə xoşdursa, necə lazım bilirsənsə, elə də elə». 26  Yuşə belə elədi: onları israillilərin əlindən qurtardı, qoymadı ki, onları öldürsünlər. 27  Amma o gün onları icma+ üçün və Yehovanın seçəcəyi+ yerdəki qurbangah üçün odun yaran, su çəkən təyin etdi. Onlar bu günə qədər bu işi görürlər.+

Haşiyələr

Aralıq dənizi.
Yəni şərq tərəfindəki.