Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 6:1—27

MÜNDƏRİCAT

  • Ərihanın divarları dağılır (1—21)

  • Rahab və ailəsi qurtulur (22—27)

6  İsraillilərin qorxusundan Ərihanın darvazaları bərk-bərk bağlanmışdı. Şəhərə girib-çıxan yox idi.+  Yehova Yuşəyə dedi: «Ərihanı, onun padşahını, igid cəngavərlərini sənə təslim edirəm.+  Siz, bütün döyüşçülər, şəhərin ətrafını gündə bir dəfə dolanın, bunu altı gün edin.  Yeddi kahin əlinə qoç buynuzundan şeypur alıb sandığın qabağında irəliləsin. Yeddinci gün isə şəhərin ətrafını yeddi dəfə dolanın, kahinlər də şeypur çalsın+.  Şeypur çalınan kimi, döyüşçülər şeypur səsini eşidən kimi qıy vursunlar. Onda şəhərin divarları dağılıb+ yerlə yeksan olacaq. Bu zaman bütün döyüşçülər irəli atılıb şəhərə hücum eləsin».  Nun oğlu Yuşə kahinləri yığıb dedi: «Əhd sandığını götürün, yeddi kahin əlində şeypur Yehovanın Əhd sandığının önündə getsin».+  Sonra döyüşçülərə əmr etdi: «Haydı irəli, şəhərin ətrafını dolanın. Silahlı qoşun+ Yehovanın sandığının önündə getsin».  Yuşənin dediyi kimi, əlində şeypur olan yeddi kahin Yehovanın önündə gedə-gedə şeypur çalırdı. Yehovanın Əhd sandığı isə onların dalınca gəlirdi.  Silahlı qoşun şeypur çalan kahinlərin önündə irəliləyirdi. Kahinlər şeypur çala-çala gedirdilər, sandığın arxasınca isə arxa cinah gəlirdi. 10  Sonra Yuşə döyüşçülərə əmr edib dedi: «Səsiniz çıxmasın, bağırmayın, bir kəlmə də danışmayın. Sizə “bağırın” deyəndə bağırarsınız». 11  Onun əmri ilə Yehovanın sandığını bir dəfə şəhərin ətrafında dolandırdılar, sonra gecələmək üçün düşərgəyə qayıtdılar. 12  Ertəsi gün Yuşə səhər tezdən qalxdı. Kahinlər Yehovanın sandığını götürdü.+ 13  Yeddi kahin şeypur çala-çala Yehovanın sandığının önündə gedirdi. Silahlı qoşun kahinlərin önündə irəliləyirdi. Arxa cinah isə Yehovanın sandığının arxasınca gəlirdi. Bu vaxt ərzində kahinlər ara vermədən şeypur çalırdılar. 14  Onlar ikinci gün şəhərin ətrafında bir dəfə dövrə vurdular, sonra düşərgəyə qayıtdılar. Altı gün belə etdilər.+ 15  Yeddinci gün dan yeri söküləndə qalxdılar və eyni şəkildə şəhərin ətrafında yeddi dəfə dövrə vurdular. Onlar yalnız o gün şəhərin ətrafını yeddi dəfə dolandılar.+ 16  Kahinlər yeddinci dəfə şeypur çalanda Yuşə döyüşçülərə dedi: «Qıy vurun!+ Yehova şəhəri sizə təslim edib! 17  Şəhər də, orada olan şeylər də məhv edilməlidir.+ Bunların hamısı Yehovaya məxsusdur. Yalnız fahişə Rahabı+ və evindəkiləri sağ saxlayın, çünki o, göndərdiyimiz adamları gizlətmişdi.+ 18  Məhv edilməli şeylərə gəlincə, onlardan uzaq durun ki, heç nəyə tamah salıb götürməyəsiniz,+ yoxsa İsrail düşərgəsini bəlaya salar, onu məhvə məhkum edərsiniz.+ 19  Qızıl, gümüş, mis və dəmir əşyalar Yehova üçün ayrılmalıdır, onlar Yehovanın xəzinəsinə gedəcək».+ 20  Şeypurlar çalınanda döyüşçülər nərə çəkdilər.+ Şeypurların səsi, döyüşçülərin nərəsi ucalan kimi qala divarları dağılıb yerlə bir oldu. O zaman döyüşçülər irəli atıldılar, şəhərə hücum edib onu ələ keçirtdilər.+ 21  Onlar bütün şəhəri, qadınlı-kişili, cavanlı-qocalı hamını qılıncdan keçirtdilər. Şəhərdəki mal-qaranın, qoyun-quzunun, ulaqların hamısını qırdılar.+ 22  Yuşə ölkəni nəzərdən keçirən o iki cavana dedi: «Fahişə qadının evinə gedin, söz verdiyiniz kimi, onu və bütün ev əhlini bayıra çıxarın».+ 23  Cavanlar gedib Rahabı, onun ata-anasını, qardaşlarını və bütün ev əhlini bayıra çıxartdılar. Bəli, onun bütün ailəsini+ sağ-salamat çıxarıb İsrail düşərgəsindən kənar bir yerə apardılar. 24  Sonra şəhərə və oradakı hər şeyə od vurub yandırdılar. Qızılı, gümüşü, mis və dəmir əşyaları isə Yehovanın evinin xəzinəsinə verdilər.+ 25  Yuşə yalnız fahişə Rahaba, onun ev əhlinə və atasının külfətinə rəhm etdi.+ Rahab bu günə qədər İsraildə yaşayır,+ çünki Yuşənin Ərihaya göndərdiyi adamları gizlətmişdi.+ 26  Həmin vaxt Yuşə bu lənəti söylədi*: «Kim Əriha şəhərini yenidən inşa etməyə qalxsa, Yehova ona lənət eləsin. Qoy o, şəhərin təməlini ilkininin, darvazalarını isə sonbeşiyinin canı bahasına qoysun».+ 27  Yehova Yuşəyə arxa oldu+ və onun şöhrəti bütün yer üzünə yayıldı.+

Haşiyələr

Digər variant: xalqa bu andı içdirdi.