Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 5:1—15

MÜNDƏRİCAT

  • Gilqalda sünnət (1—9)

  • Pasxa qeyd edilir; manna kəsilir (10—12)

  • Yehovanın ordusunun əmiri (13—15)

5  İordanın qərbindəki amori+ padşahları və dəniz sahilindəki kənani+ padşahları eşitdilər ki, Yehova İordanın sularını qurudaraq israilliləri çaydan keçirib. Bu xəbər onların canına qorxu saldı, israillilərin vəhmindən onlarda ürək qalmadı.+  Həmin vaxt Yehova Yuşəyə dedi: «Çaxmaqdaşından bıçaq düzəlt, İsrail kişilərini yenə də, ikinci dəfə sünnət+ elə».  Yuşə də çaxmaqdaşından bıçaq düzəldib Gibat-Harlutda*+ İsrail kişilərini sünnət etdi.  Yuşənin kişiləri sünnət etməsinin səbəbi budur: Misirdən çıxan döyüşə qabil bütün kişilər səhrada — yolda ölmüşdülər.+  Həmin kişilər sünnət olunmuşdular, amma Misirdən çıxandan sonra səhrada doğulanlardan heç biri sünnət olunmamışdı.  Misirdən çıxandan sonra Yehovanın sözünə qulaq asmayan+ döyüşə qabil kişilərin hamısı ölənəcən israillilər qırx il+ səhrada dolaşdılar. Yehova and içmişdi ki, onlar süd-bal axan diyarı görməyəcəklər.+ Yehova bu diyarı bizə verməyi ata-babalarımıza vəd etmişdi.+  Odur ki, Allah onların əvəzinə övladlarını həmin diyara gətirdi.+ Yuşə məhz onları sünnət elədi, çünki səhrada dolaşarkən sünnət edilməmişdilər.  Bütün kişilər sünnət edilib qurtardı və hamısı sağalana qədər xalq düşərgədə qaldı.  Yehova Yuşəyə dedi: «Bu gün Misirin rüsvayçılığını sizin üstünüzdən götürdüm*». Buna görə də həmin yer bu günə qədər Gilqal*+ adlanır. 10  İsraillilər Gilqalda saldıqları düşərgədə qaldılar. Ayın on dördüncü günü axşam Əriha çöllüyündə Pasxanı qeyd etdilər.+ 11  Pasxanın ertəsi günü — həmin o gün torpağın məhsulunu yeməyə başladılar. Onlar mayasız çörək+ və qovurğa yedilər. 12  Torpağın bəhərini yedikləri gün manna kəsildi. Artıq israillilərin mannası yox idi.+ Həmin il onlar Kənan torpağının bəhrəsini yedilər.+ 13  Ərihanın yaxınlığında olanda Yuşə başını qaldırıb gördü ki, bir nəfər+ əlində siyirmə qılınc+ onun qarşısında durub. Yuşə ona yaxınlaşıb soruşdu: «Sən bizdənsən, yoxsa düşmən tərəfdən?» 14  «Xeyr, mən Yehovanın ordusunun əmiri+ kimi gəlmişəm». Bunu eşitcək Yuşə üzüstə yerə döşənib dedi: «Ağamın quluna nə buyruğu var?» 15  Yehovanın ordusunun əmiri Yuşəyə dedi: «Səndəllərini çıxart, çünki durduğun yer müqəddəsdir». Yuşə dərhal səndəllərini çıxartdı.+

Haşiyələr

Mənası: sünnət əti təpəsi.
Hərfən: yuvarladım.
Mənası: yuvarlama.