Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 4:1—24

MÜNDƏRİCAT

4  Bütün xalq İordan çayını keçəndən sonra Yehova Yuşəyə dedi:  «Xalqın arasından, hər qəbilədən bir adam olmaqla, on iki kişi seçib+  onlara tapşır: “İordanın ortasından, kahinlərin dayandığı yerdən on iki daş götürün və bu gecə qalacağınız yerə qoyun”».+  Yuşə hər qəbilədən bir adam olmaqla, israillilərdən seçdiyi on iki kişini çağırıb  onlara tapşırdı: «Allahınız Yehovanın Əhd sandığının önünə keçib İordanın ortasına gedin. İsrail qəbilələrinin sayına görə hərəniz bir daş götürüb çiyninizə qaldırın.  Bu daşlar aranızda əlamət olacaq. Gələcəkdə övladlarınız sizdən soruşanda ki, bu nə daşlardır,+  onlara deyin: “Bu daşlar İsrail xalqı üçün əbədi nişanədir.+ Çünki Yehovanın Əhd sandığı İordan çayından keçəndə çayın suları onun qarşısında dayanmışdı”».+  İsraillilər Yuşənin tapşırığını yerinə yetirdilər. Onlar Yehovanın Yuşəyə dediyi kimi, İsrail qəbilələrinin sayına görə İordan çayının ortasından on iki daş götürdülər. Daşları aparıb gecə qaldıqları yerə qoydular.  Bundan əlavə, Yuşə on iki daş götürüb İordanın ortasına, Əhd sandığını daşıyan kahinlərin dayandığı yerə qoydu.+ Daşlar bu günədək oradadır. 10  Yehovanın Yuşə vasitəsilə xalqa verdiyi bütün tapşırıqlar, Musanın Yuşəyə dediyi kimi, icra olunub qurtaranadək, sandığı daşıyan kahinlər İordanın ortasında durub gözlədilər. Xalq da tələsə-tələsə çayı keçirdi. 11  Bütün xalq çayı keçəndən sonra onların gözü qabağında kahinlər də Yehovanın sandığı ilə bərabər keçdilər.+ 12  Musanın tapşırdığı kimi, rubənlilər, cadlılar və Mənəssə qəbiləsinin yarısı soydaşlarından qabaqda döyüş nizamı+ ilə çayı keçdilər.+ 13  Döyüş üçün silahlanmış qırx minə yaxın adam Yehovanın önündə Əriha çöllüyünə doğru irəlilədi. 14  O gün Yehova Yuşəni bütün İsrailin gözündə ucaltdı.+ Onlar Musaya ehtiram bəslədikləri kimi, ona da bütün ömrü boyu ehtiram bəslədilər.+ 15  Sonra Yehova Yuşəyə dedi: 16  «Şəhadət sandığını+ daşıyan kahinlərə əmr et, İordan çayından çıxsınlar». 17  Yuşə də kahinlərə: «İordan çayından çıxın», — deyə əmr etdi. 18  Yehovanın Əhd sandığını daşıyan+ kahinlər İordan çayından çıxıb quru torpağa ayaq basan kimi çay yenidən axmağa başladı və əvvəlkitək daşıb sahili basdı.+ 19  Birinci ayın onuncu günündə xalq İordan çayını keçdi və Ərihanın şərq sərhədində, Gilqalda+ düşərgə saldı. 20  Yuşə İordan çayından götürdükləri on iki daşı Gilqalda qoydu.+ 21  Sonra israillilərə dedi: «Gələcəkdə övladlarınız sizdən soruşanda ki, bu nə daşlardır,+ 22  onlara belə cavab verərsiniz: “İsrail İordan çayını quru yolla keçmişdi.+ 23  Bir vaxtlar Allahınız Yehova Qırmızı dənizi qurudub bizi keçirtdiyi kimi, onda da Allahınız Yehova İordanın sularını qurudub xalqı oradan keçirtmişdi.+ 24  Bunu ona görə eləmişdi ki, dünyanın bütün xalqları Yehovanın güclü əlini görsün+ və siz həmişə Allahınız Yehovadan qorxasınız”».

Haşiyələr