Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 3:1—17

MÜNDƏRİCAT

  • İsraillilər İordanı keçir (1—17)

3  Yuşə səhər tezdən durdu. O, israillilərlə bərabər Şittimdən+ çıxdı və İordan çayına qədər gəldi. Amma çayı keçmədilər, gecəni orada qaldılar.  Üç gündən sonra məmurlar+ düşərgəni dolaşıb  xalqa tapşırdılar: «Lavili kahinlərin Allahınız Yehovanın Əhd sandığını daşıdığını+ görəndə yola çıxın və sandığın ardınca gedin.  Amma sizinlə sandıq arasında 2000 qulaca* qədər məsafə olmalıdır. Ona çox yaxınlaşmayın ki, hara gedəcəyinizi biləsiniz, çünki indiyə kimi bu yolla getməmisiniz».  Yuşə xalqa dedi: «Paklanın+, sabah Yehova aranızda möhtəşəm işlər+ görəcək».  Sonra kahinlərə tapşırdı: «Əhd sandığını+ götürün və xalqın önünə keçin». Kahinlər sandığı götürdülər və xalqın önündə getdilər.  Yehova Yuşəyə dedi: «Bu gündən etibarən, Mən səni bütün İsrailin gözündə ucaldacağam.+ Onlar biləcəklər ki, Musaya dayaq olduğum kimi, sənə də dayağam.+  Əhd sandığını daşıyan kahinlərə söylə: “Ayağınız İordanın suyuna dəyən kimi dayanın”».+  Yuşə israillilərə dedi: «Yaxın gəlin, Allahınız Yehovanın sözünü dinləyin». 10  Sonra isə dedi: «Siz var olan Allahın sizinlə olduğunu biləcəksiniz.+ O, mütləq kənaniləri, hetləri, hiviləri, fəriziləri, girqaşiləri, amoriləri və yəbusiləri qarşınızdan qovacaq.+ 11  Dinləyin, Xudavəndi-aləmin Əhd sandığı İordan çayına sizdən əvvəl girəcək. 12  İndi hər qəbilədən bir nəfər olmaqla, İsrail qəbilələrindən on iki kişi seçin.+ 13  Xudavəndi-aləmin, Yehovanın sandığını daşıyan kahinlərin ayağı İordana dəyəndə yuxarıdan axan sular dayanıb bənd kimi duracaq».+ 14  Xalq İordanı keçmək üçün çadırlarını yığdı və Əhd sandığını daşıyan kahinlərin ardınca getdi.+ 15  (İordan çayı biçin mövsümündə daşır, yan-yörəni basır.)+ Sandığı daşıyan kahinlər İordana çatıb çaya ayaq basan kimi 16  yuxarıdan axan sular dayandı, çox uzaqda, Sərfan şəhəri yaxınlığındakı Adəm şəhərində yığın halında durdu. Ərəbə dənizinə, yəni Şor dənizə* axan sular isə tökülüb qurtardı. Sular dayandı və xalq çayın o biri tayına, Ərihaya baxan tərəfinə keçdi. 17  Bütün İsrail İordanı quru yolla keçənə qədər, camaatın hamısı çayı keçib qurtaranacan Yehovanın Əhd sandığını daşıyan kahinlər İordanın ortasında, quru yerdə dayandılar.+

Haşiyələr

Təx. 890 m. 1 qulac 44,5 sm-ə bərabərdir. B15 əlavəsinə bax.
Ölü dəniz.