Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 23:1—16

MÜNDƏRİCAT

  • Yuşə İsrailin başçıları ilə vidalaşır (1—16)

    • Yehovanın vədlərindən heç biri boşa çıxmadı (14)

23  Yehova İsrailə ətrafdakı düşmənlərin əlindən dinclik verdi.+ Bunun üstündən xeyli vaxt keçdi. Yuşə yaşa dolub qocaldı.+  O, bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri, məmurları+ çağırıb+ dedi: «Artıq yaşa dolmuşam, qocalmışam.  Allahınız Yehovanın sizdən ötrü bütün bu xalqlara nə etdiyini özünüz görmüsünüz. Bəli, sizin üçün döyüşən Allahınız Yehova olub.+  Baxın, İordandan ta qərbdə yerləşən Böyük dənizə* qədər torpaqları — həm sağ qalan xalqların, həm də qırdığım xalqların+ torpaqlarını püşklə qəbilələrinizə payladım.+  Allahınız Yehova o xalqları önünüzdən rədd elədi, sizə görə onları qovdu.+ Siz də Allahınız Yehovanın vəd etdiyi kimi, onların torpaqlarına sahib oldunuz.+   İndi cəsur olun, Musanın Tövratında*+ yazılanlara əməl edin, onlardan sağa-sola dönməyin,+  aranızda yaşayan bu xalqlara qaynayıb-qarışmayın.+ Onların allahlarının adını belə, dilinizə gətirməyin,+ onlara and içməyin, sitayiş etməyin, onlara səcdə qılmayın.+  Bu günə qədər olduğu kimi, bundan sonra da Allahınız Yehovaya bağlanın.+  Yehova böyük və qüdrətli xalqları önünüzdən qovacaq.+ İndiyə qədər heç kim qarşınızda duruş gətirə bilməyib.+ 10  Sizlərdən biri minini təqib edəcək,+ çünki Allahınız Yehova söz verdiyi kimi,+ Özü sizin üçün döyüşəcək.+ 11  Hər zaman diqqətli olun,+ Allahınız Yehovanı sevin.+ 12  Amma Allahdan üz döndərsəniz, aranızda yaşayan bu xalqlardan qalanlara+ bağlansanız, onlarla izdivaca girsəniz,+ qaynayıb-qarışsanız, 13  onda bilin ki, Allahınız Yehova bu xalqları önünüzdən qovmayacaq.+ Allahınız Yehovanın sizə verdiyi bu gözəl diyardan kökünüz kəsilənə qədər, onlar sizə tələ, tor olacaq, kürəyinizə vurulan qamçı,+ gözünüzü dələn tikan olacaq. 14  Mən isə bir azdan gözümü bu işıqlı dünyaya yumacağam. Sizə yaxşı məlumdur ki, Allahınız Yehovanın sizə verdiyi gözəl vədlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi. Yerinə yetməyən bir söz belə, qalmadı.+ 15  Ancaq Allahınız Yehovanın sizə verdiyi gözəl vədlər gerçəkləşdiyi kimi,+ Yehovanın söylədiyi bütün bəlalar da başınıza gələcək və Allahınız Yehovanın sizə verdiyi bu nemətli diyardan kökünüz kəsiləcək.+ 16  Əgər Allahınız Yehovanın sizinlə kəsdiyi əhdi pozsanız, gedib başqa allahlara sitayiş etsəniz, onlara səcdə qılsanız, onda Yehovanın sizə qəzəbi tutacaq+ və çox tez bir zamanda Onun verdiyi bu gözəl diyardan yox olub gedəcəksiniz».+

Haşiyələr

Aralıq dənizi.