Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 21:1—45

MÜNDƏRİCAT

  • Lavililər üçün ayrılan şəhərlər (1—42)

    • Harun övladları üçün (9—19)

    • Qalan kəhatlılar üçün (20—26)

    • Hirsənlilər üçün (27—33)

    • Merarlılar üçün (34—40)

  • Yehovanın verdiyi vədlər yerinə yetdi (43—45)

21  Lavililərin nəsil başçıları kahin Əlyazarın+, Nun oğlu Yuşənin və İsrail qəbilələrinin nəsil başçılarının yanına gəldilər.  Kənan diyarında, Şiloda+ onlara dedilər: «Yehova Musa vasitəsilə buyurmuşdu ki, bizə yaşamaq üçün şəhərlər, mal-heyvanımızı otarmaq üçün otlaqlar verilsin».+  İsraillilər Yehovanın buyruğuna əməl edib lavililərə öz paylarından şəhərlər+ və otlaqlar verdilər.+  Püşk Kəhat+ nəsillərinə düşdü. Lavili kahin Harunun övladlarına on üç şəhər verildi. Püşklə verilən bu şəhərlər Yəhuda+, Şəmun+ və Binyamin+ qəbilələrinin torpaqlarında idi.  Qalan kəhatlılara isə Əfraim qəbiləsinin nəsillərinin, Dan qəbiləsinin və Mənəssə qəbiləsinin yarısının torpaqlarından on şəhər verildi.+  Hirsənlilərə+ Yəsakir qəbiləsinin nəsillərinin, Aşir qəbiləsinin, Niftalı qəbiləsinin torpaqlarından və Mənəssə qəbiləsinin yarısının Başandakı torpaqlarından on üç şəhər verildi.+  Nəsillərinə görə merarlılara+ isə Rubən qəbiləsinin, Cad qəbiləsinin və Zəbulun qəbiləsinin torpaqlarından on iki şəhər verildi.+  Beləcə, Yehovanın Musa vasitəsilə buyurduğu kimi, israillilər püşk atıb bu şəhərləri və onların otlaqlarını lavililərə verdilər.+  Yəhuda və Şəmun qəbilələrinin torpaqlarından adları çəkilən bu şəhərlər+ 10  Lavi qəbiləsinə aid olan kəhatlıların nəsillərindən Harun oğullarına verildi, çünki püşk əvvəlcə onlara düşmüşdü. 11  Onlara Yəhuda dağlıq bölgəsindəki Kiryat-Arbanı+ (Arba Anaqın atası idi), yəni Həbrunu+ və ətrafındakı otlaqları verdilər. 12  Lakin şəhərin torpaq sahələrini və kəndlərini Yufənna oğlu Kalibə mülk verdilər.+ 13  Kahin Harunun övladlarına qətl törədənlər üçün sığınacaq şəhər kimi Həbrunu+ və otlaqlarını verdilər.+ Eləcə də, Libna+ ilə örüşlərini, 14  Yəttirlə+ otlaqlarını, İştima+ ilə otlaqlarını, 15  Hülunla+ otlaqlarını, Dəbirlə+ otlaqlarını, 16  Ayinlə+ otlaqlarını, Yüttə+ ilə otlaqlarını, Beyt-Şəmslə otlaqlarını verdilər. Bu iki qəbilədən doqquz şəhər ayırdılar. 17  Binyamin qəbiləsinin torpağından verilən şəhərlər: Gibyonla+ otlaqları, Giba ilə otlaqları,+ 18  Ənatutla+ otlaqları, Əlmunla otlaqları. Dörd şəhər. 19  Kahinlərə, Harun övladlarına on üç şəhər və otlaqları verildi.+ 20  Lavililərdən olan digər Kəhat nəsillərinə Əfraim qəbiləsinin torpağından püşklə şəhərlər verildi. 21  Onlara qətl törədənlər üçün sığınacaq şəhər+ kimi Əfraim dağlıq bölgəsində Sihamla+ otlaqlarını, eləcə də Cəzərlə+ otlaqlarını, 22  Qibzayimlə otlaqlarını və Beyt-Hurunla+ otlaqlarını verdilər. Dörd şəhər. 23  Dan qəbiləsinin torpağından verilən şəhərlər: İltiqlə otlaqları, Gibtunla otlaqları, 24  Ayalonla+ otlaqları, Cat-Rimmunla otlaqları. Dörd şəhər. 25  Mənəssə qəbiləsinin yarısının torpağından verilən şəhərlər: Tanaqla+ otlaqları, Cat-Rimmunla otlaqları. İki şəhər. 26  Qalan Kəhat nəsillərinə on şəhər və otlaqları verildi. 27  Lavi nəsillərindən hirsənlilərə+ Mənəssə qəbiləsinin yarısının torpağından qətl törədənlər üçün sığınacaq şəhər verildi, Başanda Qulan+ ilə otlaqları, eləcə də Biştərahla otlaqları. İki şəhər. 28  Yəsakir qəbiləsinin torpağından+ verilən şəhərlər: Qişyunla otlaqları, Dəbrətlə+ otlaqları, 29  Yarmutla otlaqları, Eyn-Qannimlə otlaqları. Dörd şəhər. 30  Aşir qəbiləsinin torpağından+ verilən şəhərlər: Məsal ilə otlaqları, Əbdunla otlaqları, 31  Həlkətlə+ otlaqları, Rəhubla+ otlaqları. Dörd şəhər. 32  Niftalı qəbiləsinin torpağından verilən şəhərlər: qətl törədənlər üçün sığınacaq şəhər+ kimi Cəlilədə Qədəslə+ otlaqları, eləcə də Hamut-Dorla otlaqları, Qərtanla otlaqları. Üç şəhər. 33  Nəsillərinə görə hirsənlilərə on üç şəhər və otlaqları verildi. 34  Qalan lavililərə, Merar+ nəsillərinə Zəbulun qəbiləsinin torpağından+ Yuğnimlə+ otlaqları, Qartahla otlaqları, 35  Dimnə ilə otlaqları, Nahalal+ ilə otlaqları verildi. Dörd şəhər. 36  Rubən qəbiləsinin torpağından verilən şəhərlər: Bəsərlə+ otlaqları, Yahasla otlaqları,+ 37  Kədimutla otlaqları, Mehpatla otlaqları. Dörd şəhər. 38  Cad qəbiləsinin torpağından+ verilən şəhərlər: qətl törədənlər üçün sığınacaq şəhər kimi Giladda Ramut+ ilə otlaqları, eləcə də Mahanayimlə+ otlaqları, 39  Həşbunla+ otlaqları, Yazirlə+ otlaqları. Cəmi dörd şəhər. 40  Qalan Lavi nəsillərinə, merarlılara nəsillərinə görə on iki şəhər verildi. 41  Lavililərə israillilərin mülk torpaqlarından otlaqları ilə birgə qırx səkkiz şəhər verildi.+ 42  Bu şəhərlərin hər birinin ətrafında otlaqlar var idi. 43  Beləcə, Yehova ata-babalarına and içdiyi kimi, bütün bu ölkəni israillilərə verdi.+ Onlar da bu ölkəyə sahib olub, orada məskunlaşdılar.+ 44  Üstəlik, Yehova ata-babalarına and içdiyi kimi, onlara hər tərəfdən dinclik verdi.+ Onların qarşısında heç bir düşmən duruş gətirə bilmədi.+ Yehova bütün düşmənlərini onlara təslim etdi.+ 45  Yehovanın İsrail evinə verdiyi bütün gözəl vədlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.+

Haşiyələr