Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 20:1—9

MÜNDƏRİCAT

  • Sığınacaq şəhərlər (1—9)

20  Sonra Yehova Yuşəyə dedi:  «İsraillilərə belə de: “Musa vasitəsilə sizə buyurduğum kimi, özünüz üçün sığınacaq şəhərlər ayırın.+  Qoy bilmədən, təsadüfən adam öldürən ora qaçsın. Bu şəhərlər intiqamçıdan qaçan adam üçün sığınacaq yeri olacaq.+  Qoy o, bu şəhərlərdən birinə qaçıb+ şəhər darvazasının+ ağzında dursun və hal-qəziyyəni şəhər ağsaqqallarına danışsın. Ağsaqqallar bu adamı şəhərə buraxıb ona orada yer versinlər və o, onların arasında yaşasın.  Əgər intiqamçı bu adamı təqib edərsə, onu intiqamçının əlinə verməsinlər, çünki o, soydaşını bilmədən öldürüb, ona qarşı ədavəti olmayıb.+  İcma qarşısında mühakimə olunana qədər o, bu şəhərdə yaşamalıdır+ və həmin vaxt xidmət edən baş kahin ölənəcən orada qalmalıdır.+ Bundan sonra qətl törədən qaçdığı şəhərə, öz şəhərinə, öz evinə qayıda bilər”».+   Onda onlar bu şəhərləri ayırdılar: Niftalının dağlıq bölgəsində, Cəlilədəki Qədəsi+, Əfraimin dağlıq bölgəsindəki Sihamı+, Yəhudanın dağlıq bölgəsindəki Kiryat-Arbanı+, yəni Həbrunu,  Rubən qəbiləsinin ərazisindən İordan bölgəsində, Ərihadan şərqdə, yayladakı səhrada yerləşən Bəsəri+, Cad qəbiləsinin ərazisindən Giladdakı Ramutu+, Mənəssə qəbiləsinin ərazisindən Başandakı Qulanı.+  Bu şəhərləri sığınacaq şəhər kimi ayırdılar. Bilmədən adam öldürən israilli, yaxud israillilərin arasında yaşayan yadelli qaçıb oraya sığınmalıdır+ ki, icma qarşısında məhkəməyə çəkilənə qədər intiqamçı onu öldürməsin.+

Haşiyələr