Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 2:1—24

MÜNDƏRİCAT

  • Yuşə Ərihaya iki kəşfiyyatçı göndərir (1—3)

  • Rahab kəşfiyyatçıları gizlədir (4—7)

  • Kəşfiyyatçılar Rahaba and içir (8—21a)

    • Al rəngli kəndir (18)

  • Kəşfiyyatçılar Yuşənin yanına qayıdır (21b—24)

2  Nun oğlu Yuşə xəlvətcə Şittimdən+ iki adam göndərib onlara tapşırdı: «Gedin, ölkəni, ələlxüsus da, Ərihanı gözdən keçirin». Beləcə, onlar yola çıxıb Rahab+ adlı bir fahişənin evinə gəldilər və orada qaldılar.  Əriha padşahına xəbər çatdı: «Bu gecə məmləkəti gözdən keçirmək üçün iki israilli casus gəlib».  Padşah da adam göndərib Rahaba dedi: «Evinə gələn adamları çıxart. Onlar ölkəyə casusluq etməyə gəliblər».  Amma qadın onları gizlətdi. Padşahın adamlarına isə dedi: «Dediyiniz adamlar gəlmişdilər, amma mən onların haradan gəldiklərini bilmirdim.  Qaş qaralanda, şəhər darvazaları bağlanmamış çıxıb getdilər, ancaq bilmədim hara getdilər. Tez tərpənsəniz, onlara çatarsınız».  (Əslində isə, onları dama çıxarıb kətan lifləri arasında gizlətmişdi.)  Padşahın adamları onları tutmaq üçün İordan çayının keçidlərinə üz tutdular.+ Təqibçilər şəhərdən çıxan kimi darvazalar bağlandı.  Kişilər hələ yerlərinə girməmiş Rahab dama — onların yanına qalxdı.  Onlara dedi: «Bilirəm ki, Yehova bu ölkəni+ sizə verəcək. Sizin xofunuz bizi basıb,+ bütün ölkə camaatı qorxudan zağ-zağ əsir.+ 10  Misirdən çıxanda Yehovanın sizin qarşınızda Qırmızı dənizin sularını necə qurutduğunu eşitmişik,+ amorilərin padşahı Sihunla Oqun başına nə gətirdiyinizdən,+ onları İordanın o tayında* necə məhv etdiyinizdən xəbərimiz var. 11  Bunu eşidəndə bizi qorxu bürümüşdü. Sizin vəhminizdən bizdə ürək qalmayıb, çünki Allahınız Yehova göydə və yerdə tək olan Allahdır.+ 12  İndi, xahiş edirəm, Yehovaya and için ki, mən sizə xeyirxahlıq etdiyim kimi, siz də atamın külfətinə xeyirxahlıq edəcəksiniz. Mənə zəmanət verin ki, 13  atamla anamın, bacı-qardaşlarımın, onların ev əhlinin canına qıymayacaqsınız, bizi sağ saxlayacaqsınız».+ 14  Onlar qadına dedilər: «Sənə öz həyatımızla zamin oluruq. Əgər işimizin üstünü açmasan, Yehova bu ölkəni bizə verəndə sözümüzün üstündə durub sizə xeyirxahlıq göstərəcəyik». 15  Bundan sonra Rahab onları kəndirlə pəncərədən aşağı salladı. Onun evi şəhərin qala divarında, divarın başında idi.+ 16  Qadın onlara dedi: «Dağa qaçın. Üç gün orada gizlənin ki, sizi tapa bilməsinlər. Təqibçilər dala qayıdanda yolunuza davam edərsiniz». 17  Kişilər ona dedi: «Biz bu ölkəyə gələndə düşdüyümüz pəncərədən bu al rəngli kəndiri asmasan, 18  onda içdirdiyin anddan+ azad olacağıq. Ata-ananı, qardaşlarını, atanın bütün külfətini evinə topla.+ 19  Əgər kimsə sənin evindən bayıra çıxsa, qanı öz boynuna olacaq, biz isə təqsirsiz olacağıq. Evdə ikən kiməsə xətər dəysə, onun qanı bizim boynumuza olacaq. 20  Amma əgər sən işimizin üstünü açsan,+ biz içdirdiyin anddan azad olacağıq». 21  Qadın onlara dedi: «Qoy siz deyən kimi olsun!» Qadın onları yola saldı, onlar da çıxıb getdilər. Sonra qadın al rəngli kəndiri pəncərəyə bağladı. 22  Kişilər dağa getdi və təqibçilər geri qayıdana qədər üç gün orada qaldı. Təqibçilər bütün yolu-izi axtardılar, amma onları tapa bilmədilər. 23  Onda kişilər dağdan endilər və çayı keçib Nun oğlu Yuşənin yanına gəldilər. Başlarına gələni bircə-bircə ona nağıl elədilər. 24  Sonra Yuşəyə dedilər: «Yehova bütün o ölkəni bizə verib.+ Oranın bütün sakinləri qorxumuzdan tir-tir əsir».+

Haşiyələr

Yəni şərq tərəfində.