Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 18:1—28

MÜNDƏRİCAT

  • Qalan ərazilərin Şiloda bölgüsü (1—10)

  • Binyaminin irsi (11—28)

18  Sonra bütün İsrail icması Şiloda+ toplaşdı. Onlar orada Hüzur çadırını qurdular.+ Artıq ölkə onların əlində idi.+  Amma hələ israillilərin yeddi qəbiləsinə irs verilməmişdi.  Yuşə israillilərə dedi: «Nə vaxta qədər oturub gözləyəcəksiniz? Niyə gedib ata-babalarınızın Allahı Yehovanın sizə verdiyi torpağa sahib olmursunuz?+  Qoy hər qəbilədən üç kişi yanıma gəlsin. Onları göndərəcəyəm, gedib ölkəni başdan-başa dolaşsınlar və irslərini bölmək üçün ölkənin təsvirini tərtib etsinlər. Sonra yanıma qayıtsınlar.  Ölkəni aralarında yeddi hissəyə bölsünlər.+ Yəhuda öz torpağında, cənubda,+ Yusif övladları da öz torpaqlarında, şimalda+ qalacaq.  Siz isə gedin, ölkənin təsvirini tərtib edib yeddi hissəyə bölün və təsviri mənə gətirin. Burada, Allahımız Yehovanın önündə sizin üçün püşk atacağam.+  Amma lavililərin sizin aranızda irsi olmayacaq,+ çünki onların irsi Yehovanın hüzurunda kahinlik etməkdir.+ Cad, Rubən və Mənəssə qəbiləsinin yarısı+ isə artıq İordanın şərq tərəfində Yehovanın qulu Musanın onlara verdiyi irsi alıblar».   Beləcə, kişilər yola çıxmağa hazırlaşdı. Yuşə onlara tapşırdı: «Gedin, ölkəni dolaşın, təsvirini tərtib edib yanıma qayıdın. Mən burada, Şiloda Yehovanın önündə sizin üçün püşk atacağam».+  Onlar gedib ölkəni dolaşdılar. Oranı yeddi hissəyə böldülər və şəhərbəşəhər hər hissənin təsvirini tərtib edib qeydə aldılar. Sonra Şilodakı düşərgəyə, Yuşənin yanına qayıtdılar. 10  Yuşə Şiloda Yehovanın hüzurunda onlar üçün püşk atdı.+ Orada torpağı paylarına görə israillilər arasında böldü.+ 11  Birinci püşk nəsillərinə görə Binyamin qəbiləsinə düşdü və onların payı Yəhuda övladları ilə Yusif övladları arasındakı ərazi oldu.+ 12  Şimalda onun sərhədi İordandan başlayır, Ərihanın+ şimal yamaclarına, oradan qərbə, dağlara qalxır və Beyt-Aven+ çöllüyünə uzanırdı. 13  Oradan Luza, Luzun, yəni Beytelin+ cənub yamacına gedirdi. Aşağı Beyt-Hurundan+ cənubdakı dağda yerləşən Atarot-Adara+ enirdi. 14  Sonra sərhəd Beyt-Huruna baxan dağdan cənuba enib Yəhuda şəhəri Kiryat-Baala, yəni Kiryat-Yarimə uzanır+ və orada bitirdi. Bu, onların irsinin qərb tərəfi idi. 15  Cənub tərəf isə Kiryat-Yarimin qurtaracağından başlayırdı. Sərhəd qərbə uzanırdı. Niftah sularının mənbəyinə gedirdi.+ 16  Sonra Rəfayim dərəsinin+ şimalında yerləşən və Bəni-Hinnom vadisinə+ baxan dağın ətəyinə, Hinnom vadisinə, yəbusilərin+ şəhərinin cənub yamacına enib Eyn-Rogelə+ düşürdü. 17  Oradan şimala, Eyn-Şəmsə, sonra Adummim yoxuşu+ ilə üzbəüz Cəlilə qalxır və Rubən oğlu Böhanın daşına+ enirdi. 18  Sərhəd Ərəbə ilə üzbəüz şimal yamacı keçib Ərəbəyə enirdi. 19  Sonra Beyt-Həclənin+ şimal yamacından keçib Şor dənizin*+ şimalındakı körfəzdə, İordanın mənsəbində bitirdi. Bu, cənub sərhədi idi. 20  Onların şərq sərhədi İordan idi. Nəsillərinə görə Binyamin övladlarına düşən irsin hər tərəfdən sərhədi bunlar idi. 21  Nəsillərinə görə Binyamin qəbiləsinə verilən şəhərlər bunlardır: Əriha, Beyt-Həclə, Əmiq-Kəsis, 22  Beyt-Ərəbə+, Səmrayim, Beytel+, 23  Avim, Fərah, Öfra, 24  Kəfar-Əmun, Ofni, Giba+. Kəndləri ilə birgə on iki şəhər. 25  Gibyon+, Rama, Biirot, 26  Mispih, Kəfirə, Mosah, 27  Rəqim, İrpiil, Tərlah, 28  Səla+, İlif, yəbusilərin şəhəri (Yerusəlim),+ Gibah+, Kiryat. Kəndləri ilə birgə on dörd şəhər. Bunlar nəsillərinə görə Binyamin övladlarına düşən irs idi.

Haşiyələr

Ölü dəniz.