Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 17:1—18

MÜNDƏRİCAT

  • Mənəssənin qərbdəki irsi (1—13)

  • Yusif övladlarına verilən əlavə torpaqlar (14—18)

17  Sonra Mənəssə+ qəbiləsi üçün püşk atıldı+, çünki Mənəssə Yusifin ilk oğlu idi.+ Mənəssənin ilk oğlu, Giladın atası Mahir+ döyüşçü olduğuna görə ona Gilad və Başan torpağı verildi.+  Mənəssənin o biri övladlarının — Əbusərin+, Hələkin, Əsriilin, Sihamın, Həfərin, Şəmidin nəsilləri üçün də püşk atıldı. Yusif oğlu Mənəssənin oğulları və onların nəsilləri bu idi.+  Mənəssənin kötücəsi, Mahirin nəticəsi, Giladın nəvəsi, Həfərin oğlu Səlövhədin+ oğlu yox idi, ancaq qızları var idi. Qızlarının adı Məhla, Nuhə, Həclə, Milqə və Tirzə idi.  Onlar kahin Əlyazarın+, Nun oğlu Yuşənin və başçıların yanına gəlib dedilər: «Yehova Musaya buyurmuşdu ki, soydaşlarımız arasında bizə də miras verilsin».+ Beləcə, Yehovanın əmrinə müvafiq olaraq, onlara atalarının qardaşları arasında miras verildi.+   Mənəssəyə İordanın o biri tayında* olan Gilad və Başan torpağından savayı daha on hissə torpaq düşdü.+  Çünki Mənəssənin oğulları ilə bərabər qızlarına da miras verildi. Gilad torpağı Mənəssənin o biri övladlarının mülkü oldu.  Mənəssənin sərhədi Aşirdən Sihamın+ qarşısındakı Mikmətə+ qədər idi. O, cənuba, Eyn-Təffua sakinlərinin yaşadığı yerə enirdi.  Təffua+ torpağı Mənəssənin oldu. Mənəssənin sərhədində olan Təffua şəhəri isə Əfraim övladlarına məxsus idi.  Sərhəd cənuba, Kənah vadisinə enirdi. Mənəssə şəhərləri arasında Əfraimin şəhərləri var idi.+ Mənəssənin sərhədi vadinin şimalından keçib dənizdə bitirdi.+ 10  Əfraim cənubda, Mənəssə şimalda yerləşirdi, dəniz isə sərhəd idi.+ Mənəssə şimalda Aşirlə, şərqdə Yəsakirlə həmsərhəd idi. 11  Yəsakirin və Aşirin ərazisində olan bu şəhərlər əhalisi və ətraf şəhərlərlə birlikdə Mənəssəyə verildi: Beyt-Şəən, Yivlam+, Dor+ və üç dağlı-təpəli bölgə — Eyn-Dor+, Tanaq+, Megiddo. 12  Amma Mənəssə övladları bu şəhərlərə sahib ola bilmədilər, kənanilər orada qalıb yaşadılar.+ 13  İsraillilər qüvvətlənəndə kənaniləri köləliyə saldılar,+ amma torpaqlarını tamamilə ələ keçirmədilər.+ 14  Yusif övladları Yuşəyə dedilər: «Niyə bizə bir pay ayırmısan?+ Axı Yehova bizi mübarək qılıb, böyük bir xalq olmuşuq».+ 15  Yuşə onlara cavab verdi: «Madam ki siz çoxsunuz və Əfraim dağlıq bölgəsi+ sizə azlıq edir, onda fərizilərlə+ rəfaların+ məmləkətinə gedin və meşəni qırıb orada məskunlaşın». 16  Yusif övladları dedilər: «Dağlıq bölgə bizə yetmir. Üstəlik, bütün dərə sakinlərinin, həm Beyt-Şəənlə+ ətraf şəhərlərdə, həm də Yizrail dərəsində+ yaşayan kənanilərin dəryazlı cəng arabaları var+». 17  Yuşə Yusif övladlarına, Əfraimə və Mənəssəyə dedi: «Siz böyük və qüdrətli xalqsınız. Sizə bir pay azdır.+ 18  Dağlıq bölgə də sizin olacaq.+ O yer meşəlik olsa da, ağacları qırıb özünüzə orada yer eləyin. Sərhədiniz ora qədər uzanacaq. Kənanilər qüdrətli olsalar da, onların dəryazlı cəng arabaları olsa da, onların torpağını ələ keçirəcəksiniz».+

Haşiyələr

Yəni şərq tərəfində.