Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 16:1—10

MÜNDƏRİCAT

  • Yusif övladlarının irsi (1—4)

  • Əfraimin irsi (5—10)

16  Yusif övladlarına+ püşklə düşən+ torpağın sərhədi İordanın Əriha tərəfindən Ərihadan şərqdəki sulara uzanır, Ərihanın qarşısındakı səhranı keçib Beytelin+ dağlıq bölgəsinə qalxırdı.  Sonra Luz yaxınlığındakı Beyteldən arklıların sərhədinə, Atarota uzanırdı.  Oradan qərbə, yafletlilərin sərhədinə enir, Aşağı Beyt-Hurunu+ və Cəzəri+ keçib dənizdə bitirdi.  Beləcə, Yusif övladları+ — Mənəssə və Əfraim öz torpaq paylarını aldılar.+  Nəsillərinə görə Əfraim övladlarının sərhədi belə idi: onların irsinin sərhədi şərqdə Atarot-Adar+ idi. Sərhəd Yuxarı Beyt-Huruna+ qədər uzanırdı və  dənizdə bitirdi. Şimalda yerləşən Mikmətdən+ şərqə, Tanat-Şiloya dönür və şərqə, Yənuha gedirdi.  Yənuhdan Atarota və Naraya enir, sonra Ərihadan+ keçib İordana uzanırdı.  Təffuadan+ qərbə, Kənah vadisinə doğru uzanıb dənizdə+ bitirdi. Nəsillərinə görə Əfraim qəbiləsinin irsi bu idi.  Əfraim övladlarının Mənəssənin irsində də şəhərləri var idi.+ Kəndləri ilə birgə bütün şəhərlər bunlar idi. 10  Ancaq onlar Cəzərdə yaşayan kənaniləri torpaqlarından qovmadılar,+ onlar indi də əfraimlilərin arasında yaşayırlar+ və köləlik edirlər+.

Haşiyələr