Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 15:1—63

MÜNDƏRİCAT

  • Yəhudanın irsi (1—12)

  • Kalib qızına torpaq verir (13—19)

  • Yəhudaya məxsus şəhərlər (20—63)

15  Yəhuda qəbiləsinin nəsillərinə püşklə düşən+ torpaq cənubda Ədum+ sərhədinə, Sin səhrasına və Negevə uzanırdı.  Cənub sərhədləri Şor dənizin* qurtaracağından, cənub körfəzindən başlanırdı.+  Cənuba, Əqrəb yoxuşuna+ uzanır, Sini keçir, sonra cənubdan Qədis-Barniyə,+ oradan Həsruna, Addara qalxır və Qarqaya gedirdi.  Sonra Əzmundan+ keçib Misir vadisinə+ qədər uzanır, dənizdə* qurtarırdı. Bu, onların cənub sərhədi idi.  Onların şərq sərhədi Şor dəniz boyunca uzanıb, İordanın mənsəbində bitirdi. Şimal sərhədi dənizin körfəzindən, İordanın mənsəbindən başlanırdı.+  Sərhəd Beyt-Həcləyə+ qalxaraq Beyt-Ərəbənin+ şimalından keçirdi və Rubən oğlu Böhanın daşına+ çatırdı.  Sonra sərhəd Axor dərəsindəki+ Dəbirə qədər uzanır və vadidən cənubdakı Adummim yoxuşu ilə üzbəüz Gilqala+, şimala yönəlirdi. Sərhəd Eyn-Şəms+ sularını keçib Eyn-Rogeldə+ qurtarırdı.  Sonra Bəni-Hinnom vadisinə+, yəbusilərin+ şəhərinə, yəni Yerusəlimin+ cənub yamacına qalxırdı və Hinnom vadisinin düz qərbində, Rəfayim dərəsinin şimal qurtaracağında yerləşən dağın başına uzanırdı.  Dağın başından Niftah sularının+ mənbəyinə uzanıb Əfrun dağındakı şəhərlərə qalxırdı. Sərhəd Baalata, yəni Kiryat-Yarimə+ uzanırdı. 10  Baalatdan qərbə, Sair dağına gedib Yarim dağının şimal yamacından, yəni Kəslundan keçir, sonra Beyt-Şəmsə+ enir, oradan da Timnaha+ qalxırdı. 11  Sonra Ekronun+ şimal yamacına uzanıb Şəqiruna yönəlir, Baalat dağını keçir və Yabniilə qalxırdı. Sərhəd dənizdə bitirdi. 12  Qərb sərhədi Böyük dənizin* sahili idi.+ Nəsillərinə görə Yəhuda övladlarına düşən payın sərhədləri bunlar idi. 13  Yuşə Yehovanın buyruğunu yerinə yetirib Yufənna oğlu Kalibə+ Yəhuda övladlarının torpağında Kiryat-Arbanı (Arba Anaqın atası idi), yəni Həbrunu+ pay verdi. 14  Kalib oradan Anaqın övladlarını+, onun üç oğlunu — Şişayı, Əximanı və Talmayı+ qovdu. 15  Sonra Dəbir+ əhalisinə hücum etdi. (Dəbirin əvvəlki adı Kiryat-Səfr idi.) 16  Kalib dedi: «Kim Kiryat-Səfri ələ keçirib oranı alarsa, qızım Axşanı ona verəcəyəm». 17  Kalibin qardaşı Qənazın oğlu Üsniil+ oranı zəbt etdi, Kalib də qızı Axşanı+ ona verdi. 18  Axşa gəlin köçərkən ərini sövq etdi ki, onun atasından torpaq sahəsi istəsin. Qız ulaqdan düşəndə* Kalib ondan soruşdu: «Nə istəyirsən?»+ 19  Qız dedi: «Mənə hədiyyə ver, çünki mənə cənubda* quraq yer vermisən, indi Qullot-Maimi* də ver». Beləcə, Kalib Yuxarı Qullotu və Aşağı Qullotu ona verdi. 20  Nəsillərinə görə Yəhuda qəbiləsinə verilən irs bu idi. 21  Cənubda, Ədum+ sərhədi tərəfdə Yəhuda qəbiləsinə məxsus olan şəhərlər bunlar idi: Kəbzil, Ədər, Yaqur, 22  Kinah, Dimna, Adad, 23  Qədəs, Həzur, İsnan, 24  Zif, Tələm, Bilus, 25  Həzur-Hadat, Kiryut-Həsrun, yəni Həzur, 26  Amam, Şəma, Molad+, 27  Hazar-Qaddah, Həşmun, Beyt-Fələt+, 28  Hazar-Şual, Biir-Səba+, Bəzutiyyə, 29  Baalat, Yim, Əzəm, 30  İltolad, Kəşil, Horma+, 31  Sığlaq+, Madmənna, Sansənna, 32  Ləbat, Şilhim, Ayin, Rimmun+. Kəndləri ilə birgə iyirmi doqquz şəhər. 33  Şəflada+ isə: Əştul, Sorah+, Əşna, 34  Zənah, Eyn-Qannim, Təffua, Eynam, 35  Yarmut, Ədullam+, Soqo, Əzqa+, 36  Şəraim+, Aditayim, Cədərə və Cədərətaim*. Kəndləri ilə birgə on dörd şəhər. 37  Sənan, Hədəşə, Micdəl-Cad, 38  Dilan, Mispih, Yuqtil, 39  Lahiş+, Bozqat, Əclun, 40  Qəbbun, Ləhmas, Kitliş, 41  Cədarut, Beyt-Daqon, Nəama, Məqədə+. Kəndləri ilə birgə on altı şəhər. 42  Libna+, İser, Aşan+, 43  İftah, Əşna, Nəsif, 44  Qəyla, Əxzib, Məraş. Kəndləri ilə birgə doqquz şəhər. 45  Ekron, ətraf şəhərlər və kəndlər. 46  Ekrondan qərbdə kəndləri ilə birgə Aşdod ətrafında yerləşən bütün şəhərlər. 47  Aşdod+, ətraf şəhərlər və kəndlər. Misir vadisinə, Böyük dənizlə sahilboyu əraziyə qədər Qəzzə+ və ətraf şəhərlərlə kəndlər.+ 48  Dağlıq bölgədə: Samir, Yəttir+, Soqo, 49  Dənnah, Kiryat-Səna, yəni Dəbir, 50  Anab, İştim+, Anim, 51  Qoşen+, Hülun, Gilo+. Kəndləri ilə birgə on bir şəhər. 52  Ərəb, Dumah, İşan, 53  Yanum, Beyt-Təffua, Əfiqə, 54  Hümtə, Kiryat-Arba, yəni Həbrun+ və Sior. Kəndləri ilə birgə doqquz şəhər. 55  Məun+, Karmel, Zif+, Yüttə, 56  Yizrail, Yuqdəm, Zənah, 57  Qain, Gibah, Timnah+. Kəndləri ilə birgə on şəhər. 58  Halhul, Beyt-Sur, Cədur, 59  Mağarat, Beyt-Anot, İltiqun. Kəndləri ilə birgə altı şəhər. 60  Kiryat-Baal, yəni Kiryat-Yarim+ və Rabbah. Kəndləri ilə birgə iki şəhər. 61  Səhrada: Beyt-Ərəbə+, Middin, Səkkah, 62  Nibşan, Duz şəhəri, Eyn-Gedi+. Kəndləri ilə birgə altı şəhər. 63  Amma Yəhuda kişiləri Yerusəlimdə+ yaşayan yəbusiləri+ qova bilmədilər,+ buna görə də yəbusilər indiyə qədər Yerusəlimdə yəhudalıların arasında yaşayırlar.

Haşiyələr

Ölü dəniz.
Böyük dəniz, yəni Aralıq dənizi.
Aralıq dənizi.
Digər variant: ulağın üstündə əl çalanda.
Yaxud Negevdə.
Mənası: su hövzələri (camları).
Digər variant: Cədərə onun qoyun ağılları.