Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 13:1—33

MÜNDƏRİCAT

  • Zəbt edilməmiş ərazilər qalıb (1—7)

  • İordanın şərqindəki torpaqların bölünməsi (8—14)

  • Rubənin irsi (15—23)

  • Cadın irsi (24—28)

  • Mənəssənin şərqdəki irsi (29—32)

  • Lavililərin irsi Yehovadır (33)

13  Yuşə yaşa dolub qocalmışdı.+ Yehova ona dedi: «Sən artıq yaşlaşmısan. Amma hələ ölkənin çox hissəsi tutulmayıb.  Bu torpaqları tutmaq lazımdır:+ filiştlilərin* və qəşurilərin+ yaşadığı bütün bölgələri  (əvvəllər kənanilərin ərazisi sayılan və Nil çayının Misirdən şərqdəki qolundan şimalda Ekron sərhədinə qədər uzanan ərazi);+ o cümlədən beş Filişt hakiminin+ ərazisini — qəzzəlilərin, aşdodluların+, aşkelonluların+, catlıların+ və ekronluların+ yaşadığı torpaqları; avların+  cənuba uzanan ərazisini; kənanilərin bütün torpaqlarını; sidonlulara+ aid olan Mirahı, Əfiqə qədər, amorilərin sərhədinə qədər uzanan ərazini;  geballıların+ torpağını və Hərmun dağının ətəklərindəki Baal-Caddan Ləbu-Həməsə+ qədər şərqə uzanan bütün Livan ərazisini;  Livandan+ Mizrefot-Maimə+ kimi dağlıq bölgədə yaşayan bütün əhalinin və sidonluların+ ərazisini. Mən onları israillilərin önündən qovacağam.+ Bu torpaqları, sənə tapşırdığım kimi, irs olaraq İsrailə ver.+  İndi bu torpaqları doqquz qəbilə ilə Mənəssə qəbiləsinin yarısı arasında bölüşdür».+  O biri yarımqəbiləyə, rubənlilərə və cadlılara isə Musa İordanın şərqində irs torpaqları vermişdi. Yehovanın qulu Musanın onlara verdiyi torpaqlar bunlar idi:+  Ərnun vadisinin+ kənarında yerləşən Aruirdən+ və vadinin ortasındakı şəhərdən başlayan torpaqlar, Dibuna qədər uzanan Mədəbə yaylası; 10  ölkəni Həşbundan idarə edən amori padşahı Sihunun əmunilərin sərhədinə qədər olan bütün şəhərləri;+ 11  Gilad və qəşurilərlə məkatilərin ərazisi,+ bütün Hərmun dağı, Səlxəyə qədər bütün Başan torpağı;+ 12  Əştərutdan və Əzrəydən idarə edən Oqun bütün Başan səltənəti. (Oq axırıncı rəfalardan biri idi.+) Musa onları məğlub edib torpaqlarını ələ keçirmişdi.+ 13  Lakin israillilər qəşuriləri və məkatiləri torpaqlarından qovmadılar.+ Qəşur və Məkat sakinləri indi də israillilərin arasında yaşayırlar. 14  Musa təkcə lavililərə irs verməmişdi.+ Onların irsi, onlara vəd olunduğu kimi, İsrailin Allahı Yehovaya gətirilən yandırma qurbanlarıdır.+ 15  Musa nəsillərinə görə Rubən qəbiləsinə irs vermişdi. 16  Onların ərazisi bu idi: Ərnun vadisinin kənarında yerləşən Aruirdən başlayan torpaqlar, habelə vadinin ortasındakı şəhər, bütün Mədəbə yaylası; 17  Həşbunla yayladakı bütün şəhərlər+ və Dibun, Bəmut-Baal, Beyt-Baal-Məun+, 18  Yahas+, Kədimut+, Mehpat+, 19  Kiryataim, Sibmah+ və dərədəki dağın üstündə Sərit-Səhər, 20  Beyt-Faur, Fizqə+ yamacları, Beyt-Yəşimut+, 21  yayladakı bütün şəhərlər, Həşbundan idarə edən amori padşahı Sihunun bütün səltənəti.+ Musa Sihunu, həmçinin bu məmləkətdə yaşayan və Sihundan asılı olan Mədyən başçıları Avini, Rəqimi, Suru, Xuru və Rəbanı məğlub etmişdi.+ 22  Baur oğlu falçı Bələm+ də israillilərin qılıncdan keçirdiyi adamlar arasında idi. 23  Rubənlilərin ərazisinin sərhədi İordan idi. Bu ərazi şəhərlər və kəndlərlə birgə nəsillərinə görə rubənlilərin irsi idi. 24  Musa Cad qəbiləsinə, nəsillərinə görə cadlılara da irs vermişdi. 25  Onların ərazisi bu idi: Yazir+, Giladın bütün şəhərləri, Rabbahın+ qarşısındakı Aruirə qədər əmunilərin torpağının yarısı;+ 26  Həşbundan+ Ramat-Mispihə və Betnimə qədər ərazi, Mahanayimdən+ Dəbir sərhədinə kimi torpaqlar; 27  dərədə yerləşən Beyt-Haram, Beyt-Nimrah,+ Suqqut+, Səfun, Həşbun padşahı+ Sihunun səltənətinin qalan hissəsi. Onların sərhədi İordanın şərq sahili boyunca Kinarət dənizinin*+ cənub sahilinə qədər uzanırdı. 28  Bu ərazi şəhərlər və kəndlərlə birgə nəsillərinə görə cadlıların irsi idi. 29  Musa nəsillərinə görə Mənəssə qəbiləsinin yarısına irs vermişdi.+ 30  Onların ərazisi bu idi: Mahanayimdən+ başlayaraq, bütün Başan torpağı, Başan padşahı Oqun bütün səltənəti və Yairin+ Başanda yerləşən bütün çadır kəndləri, altmış şəhər. 31  Giladın yarısı, Əştərut, Əzrəy+, Oqun Başan səltənətinin şəhərləri Mənəssənin oğlu Mahirin+ oldu. Bu torpaqlar nəsillərinə görə Mahir oğullarının yarısına verilmişdi. 32  Bunlar Musanın İordanın o tayında, Muab çöllüyündə, Ərihadan şərqdə israillilərə irs verdiyi torpaqlar idi.+ 33  Lakin Musa Lavi qəbiləsinə irs verməmişdi.+ Onların irsi İsrailin Allahı Yehovadır. O Özü bunu vəd etmişdi.+

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.
Gennesaret gölü, yəni Cəlilə dənizi.