Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 12:1—24

MÜNDƏRİCAT

  • İordanın şərqindəki məğlub padşahlar (1—6)

  • İordanın qərbindəki məğlub padşahlar (7—24)

12  İordanın şərqində — Ərnun vadisindən+ Hərmun dağına+ qədər ərazidə və şərqə doğru bütün Ərəbə bölgəsində israillilərin məğlub edib torpaqlarını ələ keçirdiyi padşahlar bunlardır:+  Həşbunda yaşayan amori padşahı Sihun+. Onun səltənətinə Ərnun vadisinin+ kənarında yerləşən Aruir+ və vadinin ortasından başlayaraq, Giladın yarısı, əmunilərin sərhədi olan Yəbbuq vadisinə qədər ərazi daxil idi.  O həmçinin şərq tərəfdə Kinarətə*+ və Ərəbə dənizinə (Şor dəniz) qədər, şərqdə Beyt-Yəşimuta qədər və onun cənubundakı Fizqə+ yamaclarına kimi Ərəbə bölgəsini idarə edirdi.  Bundan başqa, o, rəfalardan sağ qalan,+ Əştərutda və Əzrəydə yaşayan Başan padşahı Oqun+ torpaqlarını ələ keçirdi.  Oq Hərmun dağında, Səlxədə, qəşurilərlə məkatilərin+ sərhədinə qədər bütün Başanda+, Həşbun padşahı Sihunun+ ərazisinə qədər Giladın yarısı üzərində səltənət sürürdü.  Yehovanın qulu Musa və israillilər onları məğlub etmişdilər.+ Onların torpaqlarını Yehovanın qulu Musa rubənlilərə, cadlılara və Mənəssə qəbiləsinin yarısına vermişdi.+  Yuşə və israillilər İordanın qərbində, Livan+ vadisində yerləşən Baal-Caddan+ Sair+ yaxınlığındakı Hələq dağına+ qədər ərazidəki padşahları məğlub etdilər. Yuşə onların torpaqlarını İsrail qəbilələri arasında bölüşdürüb hər birinə ona düşən payı verdi.+  Bu torpaqlar — dağlıq bölgə, Şəfla, Ərəbə, yamaclar, səhra və Negev+ hetlərə, amorilərə+, kənanilərə, fərizilərə, hivilərə və yəbusilərə+ məxsus idi. Məğlub edilən padşahlar bunlar idi:   Əriha padşahı,+ Beytelin yanındakı Ay şəhərinin padşahı,+ 10  Yerusəlim padşahı, Həbrun padşahı,+ 11  Yarmut padşahı, Lahiş padşahı, 12  Əclun padşahı, Cəzər padşahı,+ 13  Dəbir+ padşahı, Cədər padşahı, 14  Horma padşahı, Arad padşahı, 15  Libna padşahı,+ Ədullam padşahı, 16  Məqədə padşahı,+ Beytel padşahı,+ 17  Təffua padşahı, Həfər padşahı, 18  Əfiq padşahı, Ləşşarun padşahı, 19  Madon padşahı, Həzur padşahı,+ 20  Şimrun-Mərun padşahı, Axşaf padşahı, 21  Tanaq padşahı, Megiddo padşahı, 22  Qədəs padşahı, Karmeldə Yuğnim padşahı,+ 23  Dor yamaclarında Dor padşahı,+ Gilqalda Guyim padşahı, 24  Tirzə padşahı. Ümumilikdə otuz bir padşah.

Haşiyələr

Gennesaret gölü, yəni Cəlilə dənizi.