Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 11:1—23

MÜNDƏRİCAT

  • Şimaldakı şəhərlər zəbt olunur (1—15)

  • Yuşənin zəbt etdiyi ərazilər (16—23)

11  Həzur padşahı Yavin bunları eşitdikdə Madon padşahı Yubaba,+ Şimrun padşahına, Axşaf padşahına,+  şimal dağlıq bölgəsində, Kinarətin şimalındakı düzənliklərdə, Şəflada və qərbdə Dor+ dağlıq bölgəsində olan padşahlara,  şərqdə və qərbdə yaşayan kənanilərə+, dağlıq bölgədəki amorilərə+, hetlərə, fərizilərə, yəbusilərə, Mispah diyarındakı Hərmun dağının+ ətəyində yaşayan hivilərə+ xəbər göndərdi.  Onlar qoşunlarını yığıb yola çıxdılar, döyüşçülər dəniz qumu qədər çox idi, atla cəng arabaları saya-hesaba gəlmirdi.  Bütün bu padşahlar görüşməyi qərarlaşdırdılar və İsraillə döyüşmək üçün Merom bulaqlarının yanına gəlib birgə ordugah qurdular.  Yehova Yuşəyə dedi: «Onlardan qorxma,+ sabah bu vədə onları İsrailə təslim edəcəyəm, hamısı öləcək. Sən onların atlarını şikəst edəcəksən*,+ arabalarına od vuracaqsan».  Beləcə, Yuşə döyüşçülərlə birgə Merom bulaqları yanında gözlənilmədən onlara hücum etdi.  Yehova onları israillilərin əlinə verdi,+ onlar məğlub oldular. İsraillilər böyük Sidon şəhərinə,+ Mizrefot-Maimə+ və şərqdəki Mispih vadisinə qədər onları təqib edib hamısını qırdılar, bir nəfəri də sağ qoymadılar.+  Yuşə Yehovanın dediyi kimi elədi: atları şikəst etdi, cəng arabalarını yandırdı.+ 10  Bundan sonra Yuşə qayıdıb Həzuru tutdu, padşahı qılıncla öldürdü.+ Çünki Həzur əvvəllər bütün bu məmləkətlərin başı idi. 11  Onlar şəhərdə olan hər kəsi qılıncdan keçirib məhv etdilər,+ hamısının nəfəsini kəsdilər.+ Sonra da Həzuru yandırdılar. 12  Yuşə bu padşahların bütün şəhərlərini ələ keçirdi, özlərini isə qılıncla öldürdü.+ Yehovanın qulu Musanın əmr etdiyi kimi, onları məhv etdi.+ 13  Lakin israillilər Yuşənin yandırdığı Həzurdan başqa təpələrdə yerləşən şəhərlərdən heç birini yandırmadılar. 14  İsraillilər bu şəhərlərdəki bütün əmlakı və mal-heyvanı özlərinə qənimət götürdülər.+ Camaatı isə qılıncdan keçirib qırdılar,+ hamısının nəfəsini kəsdilər.+ 15  Yehova qulu Musaya nə əmr etmişdisə, Musa onları Yuşəyə çatdırmışdı.+ Yuşə də Yehovanın Musaya buyurduğu şeylərin hamısını icra etdi, yerinə yetirmədiyi heç nə qalmadı.+ 16  Yuşə bütün bu ölkəni, dağlıq bölgəni, Negevi+, Qoşen diyarını, Şəflanı+, Ərəbəni+, İsrailin dağlıq bölgəsini və oradakı ovalıqları — 17  Sairin yaxınlığındakı Hələq dağından tutmuş Hərmun dağının+ ətəyindəki Livan vadisindəki Baal-Cada+ qədər bütün ərazini fəth elədi və padşahlarını ələ keçirib öldürdü. 18  Yuşənin bu padşahlarla müharibəsi xeyli sürdü. 19  Gibyonda yaşayan hivilərdən başqa heç bir şəhər əhalisi israillilərlə sülh bağlamadı.+ Bütün şəhərlər müharibə yolu ilə alındı.+ 20  Onların inad edib israillilərlə döyüşməyi Yehovadan idi+ ki, onlara rəhm etməyib hamısını məhv etsin.+ Yehovanın Musaya əmr etdiyi kimi, onların kökü kəsilməli idi.+ 21  O vaxt Yuşə dağlıq bölgədə, Həbrunda, Dəbirdə, Anabda, Yəhuda və İsrailin dağlıq bölgələrində yaşayan anaqların+ hamısını qırdı. Yuşə onları da, şəhərlərini də məhv etdi.+ 22  İsrail ölkəsində anaqların izi-tozu qalmadı. Onlar ancaq Qəzzədə+, Catda+ və Aşdodda+ qaldılar.+ 23  Yuşə Yehovanın Musaya vəd etdiyi kimi, bütün ölkəni ələ keçirdi.+ Sonra o, ölkəni qəbilələrə düşən paylara görə irs olaraq İsrailə verdi. Ölkə qəbilələr arasında bölüşdürüldü.+ Beləcə, müharibələr bitdi, ölkə əmin-amanlığa qovuşdu.+

Haşiyələr

Yaxud atlarının ayaq vətərlərini kəsəcəksən.