Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 10:1—43

MÜNDƏRİCAT

  • İsraillilər Gibyonu müdafiə edir (1—7)

  • Yehova İsrail üçün döyüşür (8—15)

    • Düşmənlərin üstünə dolu yağır (11)

    • Günəş dayanır (12—14)

  • İsraillilərə hücum edən beş padşah öldürülür (16—28)

  • Cənubdakı şəhərlər zəbt olunur (29—43)

10  Yerusəlim padşahı Əduni-Sadiq Yuşənin Ay şəhərini ələ keçirib darmadağın etdiyindən, Ərihayla padşahının başına gətirdiyini Ayla padşahının da başına gətirdiyindən,+ həmçinin Gibyon əhalisinin israillilərlə sülh bağlayıb+ onların arasında yaşadığından xəbər tutanda  canına vəlvələ düşdü.+ Çünki Gibyon padşah şəhəri kimi böyük şəhər idi, Aydan böyük idi,+ kişilərinin də hamısı döyüşçü idi.  Yerusəlim padşahı Əduni-Sadiq Həbrun+ padşahı Xuhəmə, Yarmut padşahı Pirama, Lahiş padşahı Yafyaya, Əclun padşahı Dəbirə ismarıc göndərib dedi:+  «Gəlin mənə kömək edin, birləşib Gibyona hücum edək. O, Yuşə ilə və israillilərlə sülh bağlayıb».+  Onda beş amori+ hökmdarı, Yerusəlim, Həbrun, Yarmut, Lahiş və Əclun padşahları qoşunları ilə birlikdə Gibyona qarşı yürüş etdilər və onunla döyüşmək üçün ordugah qurdular.   Gibyon kişiləri Gilqaldakı düşərgəyə,+ Yuşəyə xəbər göndərdilər: «Qullarını+ tək qoyma. Tez ol, dadımıza yetiş, bizi xilas et. Dağlıq bölgədəki bütün amori padşahları bizə qarşı birləşib».  Onda Yuşə bütün döyüşçülərini, igid adamlarını yığıb Gilqaldan çıxdı.+  Yehova Yuşəyə dedi: «Onlardan qorxma,+ onların hamısını sənə təslim edəcəyəm.+ Heç biri qarşında davam gətirə bilməyəcək».+  Yuşə Gilqaldan çıxıb bütün gecəni yol getdi və gözlənilmədən onların başının üstünü aldı. 10  Yehova amoriləri çaşqınlığa saldı,+ onlar Gibyonda böyük tələfat verdilər. İsraillilər Beyt-Hurun yoxuşu boyunca onları qovdular və Əzqa ilə Məqədəyə qədər qırdılar. 11  Yehova Beyt-Hurun enişindən düz Əzqayadək israillilərdən qaçan amorilərin üstünə dolu yağdırıb onları qırdı. Doludan ölənlər israillilərin qılıncından ölənlərdən çox idi. 12  Yehovanın israillilərin gözü qabağında amoriləri məğlub etdiyi gün Yuşə Yehovaya dua etdi və İsrailin önündə dedi: «Dayan, ey günəş,+ Gibyon+ üzərində, Sən, ey ay, Ayalon dərəsi üzərində!» 13  Beləcə, xalq düşmənlərdən qisasını alana qədər günəş dayandı, ay yerindən tərpənmədi. Bu barədə Yaşar kitabında+ da yazılıb. Həmin gün günəş batmadı. Demək olar, bütün günü göyün ortasında durdu. 14  O günə kimi hələ heç vaxt Yehova kiminsə diləyinə bu cür cavab verməmişdi,+ o gündən sonra da belə bir şey olmadı. Çünki o gün İsrail üçün döyüşən Yehovanın özü idi.+ 15  Sonra Yuşə bütün israillilərlə birlikdə Gilqaldakı düşərgəyə qayıtdı.+ 16  O beş padşah isə qaçıb Məqədədə+ mağarada gizlənmişdi. 17  Yuşəyə xəbər gətirib dedilər: «Padşahların beşi də Məqədədə mağarada gizlənib».+ 18  Onda Yuşə dedi: «Mağaranın ağzına iri daşlar yuvarlayın və gözətləmək üçün ora adam qoyun. 19  Qalanlarınız isə durmayın, düşməni təqib edin, arxadan onları qırın.+ Qoymayın öz şəhərlərinə girsinlər. Allahınız Yehova onları sizə təslim edib». 20  Yuşə ilə israillilər onları qırıb-çatdılar. Cəmi bir neçə nəfər canını qurtarıb qala-şəhərlərə qaçdı. 21  Döyüşçülər sağ-salamat Məqədədəki ordugaha, Yuşənin yanına qayıtdılar. Heç kim hünər eləyib israillilərə bir kəlmə söz deyə bilmədi. 22  Yuşə dedi: «Açın mağaranın ağzını, o padşahların beşini də çıxarıb hüzuruma gətirin». 23  Onlar Yerusəlim, Həbrun, Yarmut, Lahiş və Əclun padşahlarını mağaradan çıxarıb Yuşənin hüzuruna gətirdilər.+ 24  Onlar gələndə Yuşə israilliləri çağırdı və onunla gedən qoşuna başçılıq edənlərə dedi: «Gəlin. Ayağınızı bu padşahların boynuna qoyun». Onlar irəli gəlib ayaqları ilə padşahların boynundan basdılar.+ 25  Sonra Yuşə onlara dedi: «Qorxmayın, təlaşa düşməyin.+ Ürəkli olun, möhkəm olun. Yehova vuruşacağınız bütün düşmənlərinizi bu günə qoyacaq».+ 26  Yuşə onların beşini də öldürüb meyitlərini dirəkdən asdı. Onlar axşama kimi dirəkdə qaldılar. 27  Gün qüruba enəndə Yuşə əmr etdi ki, cəsədləri dirəkdən düşürüb+ gizləndikləri mağaraya atsınlar. Sonra mağaranın ağzına iri daşlar yuvarladılar. Bu daşlar indiyədək oradadır. 28  Yuşə həmin gün Məqədəni alıb+ oranın padşahını, əhalisini qılıncdan keçirdi, bir nəfərə də rəhm eləmədi.+ Əriha padşahının başına gətirdiyini Məqədə padşahının+ da başına gətirdi. 29  Sonra Yuşə israillilərlə birlikdə Məqədədən Libnaya keçdi və Libnaya qarşı vuruşdu.+ 30  Yehova Libna ilə padşahını+ da İsrailə təslim etdi. Onlar şəhəri qılıncdan keçirib hamını məhv elədilər, bir nəfəri də sağ qoymadılar. Əriha padşahına etdiklərini Libna padşahının da başına gətirdilər.+ 31  Sonra Yuşə israillilərlə birlikdə Libnadan Lahişə+ keçib orada ordugah qurdu və şəhərə qarşı döyüşdü. 32  Yehova Lahişi israillilərin əlinə verdi. Onlar ikinci gün şəhəri aldılar. Libna kimi, oranı da qılıncdan keçirib hamını məhv elədilər.+ 33  Cəzər+ padşahı Huram Lahişin köməyinə gəldi. Amma Yuşə onu da, adamlarını da öldürdü, bir nəfər də qalmadı. 34  Sonra Yuşə bütün israillilərlə birlikdə Lahişdən Əcluna+ keçib orada ordugah qurdu və şəhərə qarşı döyüşdü. 35  Onlar həmin gün şəhəri aldılar, elə həmin gün də şəhəri qılıncdan keçirdilər, Lahişdə olduğu kimi, hamını qırdılar.+ 36  Sonra Yuşə bütün israillilərlə birlikdə Əclundan Həbruna+ keçdi və oraya qarşı döyüşdü. 37  Onlar şəhəri aldılar. Şəhəri, padşahını, kəndlərini, orada yaşayan hər kəsi qılıncdan keçirdilər. Bir nəfəri də sağ qoymadılar. Yuşə Əclun şəhəri kimi, bu şəhəri də darmadağın eləyib əhalisini qırdı. 38  Axırda Yuşə ilə israillilər çevrilib Dəbirə+ getdilər və oraya qarşı döyüşdülər. 39  O, şəhəri, onun padşahını və kəndlərini ələ keçirdi. İsraillilər hamını qılıncla qırdılar,+ heç kimə rəhm etmədilər.+ Yuşə Həbrunun, Libnanın və oranın padşahının başına gətirdiyini Dəbirlə padşahının da başına gətirdi. 40  Yuşə bütün ölkəni — dağlıq bölgəni, Negevi, Şəflanı+, yamacları ələ keçirdi, padşahlarını öldürdü, heç kimi sağ qoymadı. İsrailin Allahı Yehovanın əmr etdiyi kimi, hamının nəfəsini kəsdi.+ 41  Yuşə Qədis-Barnidən+ Qəzzəyə+ qədər ərazini, bütün Qoşen+ diyarını və Gibyona+ qədər torpaqları fəth etdi. 42  O, bir yürüşə bütün bu padşahları, onların ölkələrini ələ keçirdi, çünki İsrail üçün İsrailin Allahı Yehova döyüşürdü.+ 43  Sonra Yuşə bütün İsraillə birgə Gilqaldakı düşərgəyə qayıtdı.+

Haşiyələr