Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 9:1—29

MÜNDƏRİCAT

  • Bəşəriyyət üçün göstərişlər (1—7)

    • Qanla bağlı qanun (4—6)

  • Göy qurşağı əhdi (8—17)

  • Nuhun nəsli ilə bağlı peyğəmbərlik (18—29)

9  Allah Nuha və oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun.+  Yer üzündəki bütün vəhşi və digər heyvanlar, göydəki bütün qanadlı məxluqlar, dənizdəki bütün balıqlar bundan sonra da sizdən qorxub dəhşətə gələcəklər. Onları sizin ixtiyarınıza verirəm.+  Yerdə yaşayan bütün heyvanları yeyə bilərsiniz.+ Bitkilər kimi, bunların da hamısını sizə verirəm.+  Ancaq heyvanın ətini onun canı olan qanı+ ilə yeməyin.+  Bundan savayı, insan qanı tökən Mənə cavab verməli olacaq. Əgər hər hansı heyvan insanın ölümünə bais olarsa, o, hökmən öləcək. Kimsə hansısa adamı öldürərsə, ondan da cavab tələb edəcəyəm.+  Kim insan qanı tökərsə, onun da qanı insan əli ilə axıdılacaq.+ Çünki Allah insanı Öz bənzərində yaradıb*.+  Siz isə törəyin, artıb yer üzündə çoxalın».+  Sonra Allah Nuha və onun oğullarına dedi:  «Sizinlə və sizin nəslinizlə əhd bağlayıram.+ 10  Bu əhd sizinlə olan bütün canlılara — quşlara, heyvanlara və yer üzündəki bütün canlılara, bir sözlə, gəmidən çıxan canlı varlıqların hamısına və onlardan törəyənlərə aiddir.+ 11  Bəli, sizinlə əhd bağlayıram ki, bir də heç vaxt canlıların hamısını daşqınla qırmayacağam, bir də heç vaxt yer üzünü daşqınla məhv etməyəcəyəm».+ 12  Allah sözünə əlavə edib dedi: «Sizinlə, bütün canlılarla və bütün gələcək nəsillərlə bağladığım əhdin nişanəsi budur: 13  buludda Öz göy qurşağımı qoyuram. O, Mənimlə yer arasında olan əhdin nişanəsi olacaq. 14  Mən göyün üzünə bulud gətirəndə buludda göy qurşağı peyda olacaq. 15  Onda Mən sizinlə və bütün canlı varlıqlarla bağladığım əhdi xatırlayacağam; daha heç vaxt sular daşqın əmələ gətirib canlı varlıqların hamısını məhv etməyəcək.+ 16  Buludda göy qurşağı olacaq və Mən onu görəndə yer üzündə yaşayan bütün canlı varlıqlarla bağladığım əbədi əhdi xatırlayacağam». 17  Allah yenə Nuha dedi: «Yer üzündəki bütün canlı varlıqlarla bağladığım əhdin nişanəsi budur».+ 18  Nuhun gəmidən çıxan oğulları bunlar idi: Sam, Ham və Yafəs.+ Sonralar Hamın Kənan adında oğlu oldu.+ 19  Bu üç nəfər Nuhun oğulları idi. Bütün dünyadakı adamlar onlardan törəyərək hər yerə yayılıb.+ 20  Nuh əkinçilik etməyə başladı və üzüm bağı saldı. 21  Bir gün o, şərab içib sərxoş oldu və çadırında paltarlarını soyundu. 22  Kənanın atası Ham atasını çılpaq gördü və gedib bunu bayırdakı iki qardaşına söylədi. 23  Samla Yafəs bürüncək götürüb çiyinlərinə saldılar və daldalı içəri girdilər. Onlar üzləri əks tərəfə atalarının eyib yerini örtdülər, beləliklə də, onun eyib yerini görmədilər. 24  Şərabın təsiri keçəndən sonra Nuh ayıldı və kiçik oğlunun ona nə etdiyini bildi. 25  Onda o dedi: «Kənana lənət olsun.+ Qoy o, qardaşlarının qulu, köləsi olsun».+ 26  Sonra sözünə əlavə edib dedi: «Samın Allahı Yehovaya alqış olsun!Kənan isə Sama qul olsun.+ 27  Allah Yafəsin yurdunu geniş etsin,Qoy o, Samın çadırlarında məskən salsın. Qoy Kənan ona da qul olsun». 28  Daşqından sonra Nuh üç yüz əlli il yaşadı.+ 29  Beləliklə, Nuh doqquz yüz əlli il ömür sürüb öldü.

Haşiyələr

Hərfən: O, insanı Allahın əksi olaraq yaradıb.