Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 7:1—24

MÜNDƏRİCAT

7  Bundan sonra Yehova Nuha dedi: «Ailənlə birlikdə gəmiyə gir, çünki bu zəmanənin adamları içində səni saleh gördüm.+  Özünlə hər pak heyvandan erkəkli-dişili yeddi baş*,+ napak heyvandan isə iki baş, bir erkək, bir dişi götür.  Həmçinin göydəki qanadlı məxluqlardan da erkəkli-dişili yeddisini* götür. Beləcə, bu canlıların nəsli kəsilməyəcək və onlar bütün yer üzünə yayılacaqlar*.+  Çünki düz yeddi gündən sonra elə edəcəyəm ki, yer üzünə qırx gün-qırx gecə+ yağış+ yağacaq; yaratdığım bütün canlı varlıqları yer üzündən yox edəcəyəm».+  Nuh Yehovanın tapşırdığı hər işi yerinə yetirdi.  Yer üzündə daşqın olanda Nuh altı yüz yaşında idi.+  Daşqın başlamazdan əvvəl Nuh oğulları, arvadı və gəlinləri ilə birlikdə gəmiyə mindi.+  Pak və napak heyvanların, qanadlı məxluqların və yer üzündəki digər canlıların hər növündən olan heyvanlar+  cüt-cüt, bir erkək, bir dişi Allahın Nuha əmr etdiyi kimi Nuhun yanına gəlib gəmiyə girdi. 10  Yeddi gündən sonra yerdə daşqın oldu. 11  Həmin gün — Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günündə göydəki əngin suların* bütün qaynaqları püskürdü və göyün bəndləri açıldı.+ 12  Qırx gün-qırx gecə yerə leysan yağış yağdı. 13  Elə həmin gün Nuh, oğulları Sam, Ham, Yafəs+, arvadı və üç gəlini gəmiyə mindi.+ 14  Hər cinsdən olan vəhşi heyvanlar, ev heyvanları və yerdəki sürünən heyvanlar, eləcə də hər cinsdən olan qanadlı məxluqlar və quşlar onlarla birlikdə gəmiyə girdi. 15  Daxilində həyat qüvvəsi olan hər növ heyvan iki-iki Nuhun yanına, gəmiyə girdi. 16  Beləliklə, Allahın əmr etdiyi kimi, hər növ canlı varlıqlardan erkək və dişi heyvanlar gəmiyə girdi. Yehova onların arxasınca qapını bağladı. 17  Yer üzünə qırx gün yağış yağdı və su get-gedə çoxalıb gəmini qaldırdı. Gəmi yerdən xeyli yüksəkdə, suyun üzündə üzməyə başladı. 18  Su çoxalıb bütün yer üzünü basdı. Gəmi isə suyun üzündə üzürdü. 19  Su yer üzündə o qədər çoxaldı ki, səma altındakı bütün hündür dağları örtdü.+ 20  Sular dağların zirvəsindən on beş qulac* yuxarı qalxdı. 21  Beləliklə, yer üzündəki canlı varlıqların hamısı — qanadlı məxluqlar, ev heyvanları, vəhşi heyvanlar, qaynaşan məxluqlar, eləcə də bütün insanlar məhv oldu.+ 22  Quruda yaşayan, həyat nəfəsi* olan varlıqların hamısı öldü.+ 23  Beləliklə, Allah insandan tutmuş heyvana kimi, sürünən heyvanlara və göydəki qanadlı məxluqlara kimi bütün canlı varlıqları yer üzündən yox etdi. Onların hamısı məhv oldu;+ təkcə Nuh və onunla gəmidə olanlar sağ qaldı.+ 24  Yer üzü yüz əlli gün suyun altında qaldı.+

Haşiyələr

Yəni üç cüt bir tək. Digər variant: yeddi cüt.
Digər variant: yeddi cüt.
Hərfən: beləcə, onların nəsli bütün yer üzündə sağ qalsın.
Bu sular 1:6, 7 ayələrində haqqında danışılan və həmin dövrdə atmosferi əhatə edən su qatına aiddir.
Təx. 6,7 m.
Yaxud həyat ruhunun nəfəsi.