Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 50:1—26

MÜNDƏRİCAT

  • Yusif Yaqubu Kənanda dəfn edir (1—14)

  • Yusif qardaşlarını onları bağışladığına əmin edir (15—21)

  • Yusifin ömrünün son günləri və vəfatı (22—26)

    • Yusifin sümükləri ilə bağlı vəsiyyəti (25)

50  Yusif özünü atasının üstünə atdı+ və ağlaya-ağlaya onu öpdü.  Sonra Yusif xidmətində olan təbiblərə atasını mumiyalamağı+ əmr etdi və təbiblər İsraili mumiyaladılar.  Bu, düz qırx gün çəkdi, çünki meyiti mumiyalamaq qırx günə başa gəlirdi. Misirlilər Yaquba görə yetmiş gün göz yaşı tökdülər.  Matəm günləri başa çatanda Yusif fironun saray adamlarına dedi: «Mənə bir iltifat göstərin, firona bu sözləri çatdırın:  “Atam mənə and verərək demişdi:+ “Mən ölürəm.+ Məni Kənanda hazırladığım yerdə dəfn edərsən”.+ İzin ver, gedim atamı dəfn edim, sonra qayıdıb gələrəm”».  Firon dedi: «Andını yerinə yetir, get atanı dəfn et».+  Beləliklə, Yusif atasını dəfn etməyə getdi. Fironun xidmətçiləri, sarayın və bütün Misirin ağsaqqalları+,  Yusifin ev əhli, qardaşları və atasının ev əhli də onunla getdi.+ Yalnız uşaqları və mal-heyvanı Qoşendə saxladılar.  Onları arabalar+ və atlılar müşayiət etdi. Beləliklə, onlar böyük bir izdihamla yola çıxdılar. 10  Onlar İordan yaxınlığındakı Atad xırmanına çatanda şivən qoparıb ağlaşma qurdular. Yusif atası üçün yeddi gün yas saxladı. 11  O yerdə yaşayan kənanilər Atad xırmanındakı yası görəndə dedilər: «Misirlilərin yaman böyük yası düşüb!» Buna görə də İordan yaxınlığında olan bu yerin adı Abil-Misraim* qaldı. 12  Beləliklə, Yaqubun oğulları onun vəsiyyətini yerinə yetirdilər,+ 13  onu Kənan diyarına gətirib İbrahimin het Əfrundan dəfn yeri kimi aldığı, Mamre qarşısında yerləşən Məxfilə sahəsindəki mağarada dəfn etdilər.+ 14  Atasını dəfn etdikdən sonra Yusif Misirə qayıtdı. Onunla birlikdə qardaşları və atasının dəfninə gedənlər də qayıtdılar. 15  Ataları öləndən sonra Yusifin qardaşları bir-birinə dedilər: «Bilmək olmaz, bəlkə, Yusif ürəyində bizə qarşı kin saxlayır? Əgər belədirsə, indi bizdən ona etdiyimiz pisliyin heyfini çıxacaq».+ 16  Buna görə də onlar Yusifə söz göndərib dedilər: «Atan ölüm ayağında olanda demişdi ki, 17  sənə bu sözləri çatdıraq: “Xahiş edirəm, qardaşlarının təqsirindən keç, sənə etdikləri pisliyə görə onları bağışla”. İndi, rica edirik, atanın Allahının bu qullarını bağışla». Bu sözləri eşidəndə Yusif kövrəlib ağladı. 18  Bundan sonra qardaşları gəlib onun qarşısında yerə döşəndilər və dedilər: «Biz sənin qulunuq!»+ 19  Onda Yusif onlara dedi: «Qorxmayın. Məgər mən Allaham? 20  Siz mənə pislik etmək istəsəniz də,+ Allah hər şeyi xeyrə döndərdi. Gördüyünüz kimi nə qədər adamın həyatını xilas etdi.+ 21  Narahat olmayın, mən nə sizi, nə də uşaqlarınızı ac qoymayacağam».+ Bu sözlərlə Yusif qardaşlarına ürək-dirək verib onları arxayın etdi. 22  Yusif də, atasının ev əhli də qalıb Misirdə yaşadı. Yusif yüz on il ömür sürdü. 23  O, Əfraimin nəvələrini+ və Mənəssənin oğlu Mahirin övladlarını+ gördü. Onlar Yusifin qucağında böyüdülər*. 24  Axırda Yusif qardaşlarına dedi: «Mən ölürəm. Amma Allah mütləq sizə nəzər salacaq.+ Sizi bu ölkədən çıxarıb İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyi torpağa aparacaq».+ 25  Yusif İsrail oğullarına and verib dedi: «Allah mütləq sizə nəzər salacaq. Onda mənim sümüklərimi də buradan apararsınız».+ 26  Yusif yüz on yaşında öldü, onu Misirdə mumiyalayıb+ tabuta qoydular.

Haşiyələr

Mənası: misirlilərin yası.
Hərfən: dizinin üstünə doğuldular.