Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 5:1—32

MÜNDƏRİCAT

  • Adəmdən Nuha qədər (1—32)

    • Adəmin başqa uşaqları (4)

    • Hənuq Allahın yolu ilə gedir (21—24)

5  Adəmin tarixçəsi belədir. Allah Adəmi yaradanda onu Özünə* bənzər yaratdı.+  Onları kişi və qadın olaraq yaratdı.+ Yaratdığı gün+ onlara xeyir-dua verdi və onları «insan» adlandırdı.   Adəm 130 yaşında olanda özünə bənzər* oğlu oldu və adını Şeys+ qoydu.  Şeys doğulandan sonra Adəm 800 il yaşadı. Onun başqa oğul və qızları da oldu.  Adəm 930 il ömür sürüb öldü.+  Şeys 105 yaşında olanda Ənuş+ adlı oğlu oldu.  Ənuş doğulandan sonra Şeys 807 il yaşadı. Onun başqa oğul və qızları da oldu.  Şeys 912 il ömür sürüb öldü.  Ənuş 90 yaşında olanda Qinan adlı oğlu oldu. 10  Qinan doğulandan sonra Ənuş 815 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 11  Ənuş 905 il ömür sürüb öldü. 12  Qinan 70 yaşında olanda Məhlail+ adında oğlu oldu. 13  Məhlail doğulandan sonra Qinan 840 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 14  Qinan 910 il ömür sürüb öldü. 15  Məhlail 65 yaşında olanda Yarəd+ adında oğlu oldu. 16  Yarəd doğulandan sonra Məhlail 830 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 17  Məhlail 895 il ömür sürüb öldü. 18  Yarəd 162 yaşında olanda Hənuq+ adında oğlu oldu. 19  Hənuq doğulandan sonra Yarəd 800 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 20  Yarəd 962 il ömür sürüb öldü. 21  Hənuq 65 yaşında olanda Mətuşələh+ adında oğlu oldu. 22  Mətuşələh doğulandan sonra Hənuq 300 il Allahın yolu ilə yeridi*. Onun başqa oğul və qızları da oldu. 23  Hənuq 365 il yaşadı. 24  Hənuq Allahın yolu ilə gedirdi.+ Sonra o qeyb oldu, çünki Allah onu apardı.+ 25  Mətuşələh 187 yaşında olanda Ləmek+ adında oğlu oldu. 26  Ləmek doğulandan sonra Mətuşələh 782 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 27  Mətuşələh 969 il ömür sürüb öldü. 28  Ləmek 182 yaşında olanda bir oğlu oldu. 29  «Bu uşaq Yehovanın lənətlədiyi torpağa+ görə çəkdiyimiz əziyyəti və əlimizin zəhmətini yüngülləşdirəcək» deyərək onun adını Nuh*+ qoydu. 30  Nuh doğulandan sonra Ləmek 595 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 31  Ləmek 777 il ömür sürüb öldü. 32  Nuh 500 il yaşayandan sonra onun Sam+, Ham+ və Yafəs+ adında üç oğlu oldu.

Haşiyələr

Hərfən: Allaha.
Hərfən: öz bənzəri, öz əksi olan.
Hərfən: Allahla yeridi.
Təxmini mənası: rahatlıq, təsəlli.