Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 48:1—22

MÜNDƏRİCAT

  • Yaqub Yusifin oğullarına xeyir-dua verir (1—12)

  • Əfraimin aldığı xeyir-dua üstündür (13—22)

48  Bunun üstündən bir müddət keçəndən sonra Yusifə xəbər gətirdilər: «Atanın halı pisdir». Yusif də iki oğlunu, Mənəssə və Əfraimi götürüb atasının yanına getdi.+  Yaquba xəbər verdilər: «Oğlun Yusif səni görməyə gəlib». İsrail var gücünü topladı, qalxıb yatağında oturdu.  Yaqub Yusifə dedi: «Qadir Allah Kənan diyarında, Luzda mənə görünüb xeyir-dua vermişdi.+  O, mənə demişdi: “Səni oğul-uşaq sahibi edəcək, nəslini çoxaldacağam, səndən çoxlu tayfalar yaradacağam.+ Bu torpağı əbədi mülk olaraq sənin övladlarına* verəcəyəm”.+  İndi gör nə deyirəm, mən Misirə gəlməzdən əvvəl sənin burada doğulan iki oğlun mənimdir.+ Rubən və Şəmun kimi Əfraimlə Mənəssə də mənim oğullarım olacaq.+  Onlardan sonra doğulan uşaqlar sənin olacaq. Onların adı qardaşlarının miras payında qardaşlarının adı altında gedəcək.+  Fəddandan qayıdanda Əfrata+ çatmağa xeyli qalmış Kənan torpağında Rəhiləni itirdim.+ Buna görə də onu Əfrata gedən yolda, Beytləhmdə+ dəfn etdim».  Sonra İsrail Yusifin oğullarını görüb soruşdu: «Bunlar kimdir?»  «Allahın mənə bu torpaqda bəxş etdiyi övladlardır»,+ — deyə Yusif cavab verdi. «Yaxın gətir, onlara xeyir-dua verim».+ 10  İsrailin qocalıqdan gözləri zəifləmişdi, o görmürdü. Yusif oğullarını onun yanına gətirdi. İsrail onları bağrına basıb öpdü. 11  Sonra Yusifə dedi: «Mən heç səni görməyə ümid eləmirdim,+ Allahsa mənə sənin övladlarını da göstərdi». 12  Yusif oğlanlarını İsrailin yanından kənara çəkdi və alnını yerə qoyaraq ona təzim etdi. 13  Yusif sağ əli ilə Əfraimi+ İsrailin sol tərəfinə, Mənəssəni+ isə sol əli ilə İsrailin sağ tərəfinə çəkib ona yaxınlaşdırdı. 14  Ancaq Əfraim kiçik olsa da, İsrail sağ əlini onun başına, sol əlini isə Mənəssənin başına qoydu. O, bilərəkdən əllərini belə qoydu, baxmayaraq ki, Mənəssə böyük oğul idi.+ 15  Sonra Yusifə xeyir-dua verərək dedi:+ «Atalarım İbrahim və İshaqın qulluq etdiyi o tək olan Allah,+ Bu günə qədər, bütün ömrüm boyu mənim qayğıma qalan o bir olan Allah,+ 16  Məni bütün bəlalardan saxlayan mələk+ qoy bu uşaqlara nemət nəsib etsin.+ Qoy onlar mənim adımla, atalarım İbrahimin, İshaqın adı ilə anılsınlar. Qoy onların nəsli yer üzündə çoxaldıqca çoxalsın».+ 17  Atasının sağ əlini Əfraimin başına qoyması Yusifin pisinə gəldi. O, atasının əlini Əfraimin başından götürüb Mənəssənin başına qoymaq istədi. 18  Yusif atasına dedi: «Yox, ata, ilk oğlum bu birisidir,+ sağ əlini bunun başına qoy». 19  Amma atası bunu etmək istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Ondan da böyük xalq törəyəcək, o da böyük olacaq. Amma yenə də, kiçik qardaşı ondan böyük olacaq.+ Nəsli artıb o qədər çoxalacaq ki, bir neçə xalqa bərabər olacaq».+ 20  Həmin gün Yaqub onlara xeyir-dua verib dedi:+ «Qoy İsraildə sənin adınla bir-birilərinə xeyir-dua verərək desinlər: “Allah Əfraimlə Mənəssəyə bəxş etdiyi nemətlərdən sənə də nəsib etsin!”» Beləcə, o, Əfraimi Mənəssədən üstün etdi. 21  Sonra İsrail Yusifə dedi: «Mən ölürəm.+ Amma Allah sizinlə olacaq. O, sizi ata-babalarınızın torpağına qaytaracaq.+ 22  Mən isə sənə amorilərdən qılınc və kamanla aldığım torpaqdan qardaşlarına verdiyimdən bir pay artıq torpaq verirəm».

Haşiyələr

Hərfən: toxumuna.